Gundemxeber.az » Ölkə » Cəmiyyət » Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
Məlumata görə, İsmayılzadə Sabunçu Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Orxan ekspertizaya gəlmədiyi üçün qərar atalığın müəyyən edilməsi üçün ekspertiza keçirilmədən qəbul edilib. Qanuna əsasən, belə halda iddia tələbi təmin edilib. Fidanın vəkili Asim Abbasov Orxan İsmayılzadənin imkanını nəzərə alaraq aylıq 2 min manat aliment kəsilməsini istəsə də, məbləğ 500 manat təyin edilib.
Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.16-07-2024, 17:35
17-05-2024, 17:40
14-10-2024, 16:49
15-01-2016, 12:02
28-09-2015, 17:06
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?