GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir

Elman Rüstəmova ötürülən 5 milyonluq krediti Mərkəzi Bankla məhkəmə vətəndaşdan almaq istəyir

Tarix: 26-05-2025, 14:16 Bölmə :Cəmiyyət Baxış: 208


Sabah, mayın 27-də Bakı Apellyasiya Məhkəməsində Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmovun adı keçən əmlak qəsbi işi üzrə araşçdırmalar davam etdiriləcək. 11.45-ə təyin olunan iclasda şikayət hakim İkram Şirinovun sədrliyi ilə araşdırılacaq.


Hazırda baş nazirin müşaviri olan Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən “Premium Bank” və “Dekabank” vasitəsi ilə heç bir gəliri olmayan şəxsə 2 hissədən ibarət kredit verib.

5 milyon manatlıq kreditin ikinci hissəsi qeydiyyata belə alınmayıb. İş məhkəməyə çatanda isə banklar kredit tarixçəsini gizlədirlər.

Aydındır ki, kredit tarixçəsi onu tərtib edənləri ifşa etmək gücündədir deyə ortalığa çıxarılmır. Məhkəmələr də kredit verilməsinin tarixini araşdırmaqdan yayınırlar. “Dekabank”dan ayrılan vəsaitlər kredit reyestrində belə yoxdur!

Ən başlıcası, 5 milyon manatlıq kredit saxta sənədlər əsasında verilib. Krediti almış Azad Nağıyev sənədləri saxtalaşdırma, dələduzluq ittihamları ilə həbsdədir. Etiraf edir ki, özünə aid olmayan əmlakın sənədlərini saxtalaşdırıb və əmlakı banklara qoymaqla kredit alıb.

İş üzrə məhkəmələr Azad Nağıyevin ifadəsini rəsmiləşdirməkdən, Elman Rüstəmovun adı çəkildiyi üçün protokollaşdırmaqdan belə yayınırlar!

Bankların qanunun tələb etdiyi qaydada yoxlama aparmadan, ümumiyyətlə, heç bir yoxlama aparmadan kredit vermələrinə də məhkəmələrdə hüquqi qiymət verilmir.

Məsələnin ən biabırçı tərəfi budur ki, Elman Rüstəmovun göstərişi ilə, Azad Nağıyevin dələduzluğu, sənəd saxtalaşdırmasıyla bankların qanunsuz olaraq verdiyi kredit bu gün Azərbaycan vətəndaşı Nizami Ağazar oğlu Kərimovdan tələb edilir, onun əmlakına yönəltməklə geri tələb edirlər.

Mərkəzi Bank da qanunsuz kredit vermiş bankların himayəçisi, məhkəmələrə təzyiq göstərən dövlət qurumu rolunda çıxış edir!

Nizami Kərimovun başına gələnlər sadəcə bir hüquqi dava deyil, bu, real mülkiyyətin özgənin öhdəliyi müqabilində qəsbidir.

Çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan məhkəmələri vətəndaşın mülkiyyət hüququna son dərəcə etinasızlıqla yanaşır, hüququn məhvini şərtləndirən qərarlar verməkdən çəkinmirlər.

Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə baxılan işin mahiyyəti budur ki, vətəndaş Nizami Kərimov 2010-cu ildə “Aqana Servis” MMC-dən 864 kv.m qeyri-yaşayış sahəsini rəsmən satın alıb. Alqı-satqıya dair arayışlar, müqavilələr, ödəniş sübutları hamısı var.

Lakin həmin MMC-nin direktoru Valeh Əliyev sonradan eyni sahəni “yenidən satın alaraq” öz adına keçirib və ipoteka ilə banka yükləyib. Daha sonra bu dələduzluğa görə cinayət işi başlanıb, Valeh Əliyev - Azad Nağıyev təqsirli bilinib. Məhkəmə qərarı ilə sahənin həqiqi sahibinin Nizami Kərimov olduğunu tanıyıb.

Normalda məsələ burada bitməli, Azərbaycan Mərkəzi Bankı cinayət yolu ilə vətəndaşın mülkünün qəsbində maraqlı olanların tərəfindən vətəndaşın yanına keçməli idi. Çünki bu çəkişmənin əsl səbəbkarı Azad Nağıyev özü də yazılı şəkildə Nizami Kərimova məxsus əmlakı saxtakarlıqla mənimsədiyini etiraf edib. Qeyd edib ki, krediti Elman Rüstəmovun tapşırığı ilə alıb və nağd şəkildə Elman Rüstəmova ötürüb.

Kreditin geri qaytarılması gündəmə gələndə isə saxtalaşdırılmış sənədlərə istinad olunur, hansıları ki, Azad Nağıyev saxtalaşdırıb.

Azad Nağıyev açıq şəkildə yazır ki, Nizami Kərimovun obyektini ondan xəbərsiz, sənədlərini saxtalaşdırmaqla kreditin təminatı olaraq banklara təqdim edib. Banklar isə Elman Rüstəmovun tapşırığı olduğundan qanunun tələb etdiyi qaydada heç bir yoxlama aparmadan yoldan keçən Azad Nağıyevə 5 milyon manatı kredit şəklində ötürüblər. Yəni tam qanunsuz kredit veriblər!

Bu gün isə Elman Rüstəmov başda olmaqla Mərkəzi Bank, “Premium Bank” məhkəmələrə ciddi təzyiq göstərməklə, Azad Nağıyevin saxtalaşdırdığı sənədlərdə kredit təminatı kimi göstərilən Nizami Kərimovun əmlakını Elman Rüstəmova ötürülən 5 milyon əvəzi banklara verilməsinə çalışırlar.

Halbuki, banklar ipotekanı götürərkən nə əmlakın real sahibini yoxlayıb, nə obyektə baxış keçirib, faktiki heç bir gəliri olmayan adama 5 milyon manat kredit ayırıblar. Mərkəzi Bank bu məsuliyyətsizliyi cəzalandırmaq əvəzinə hüququ, qanunu gözardı edib Nizami Kərmovun əmlakına göz dikmələrinə “yaşıl işıq” yandırıb.

İş Bakı Apellyasiya Məhkəməsinə çatana qədər məhkəmələr qanunu, ədaləti bir kənara qoyub, Azərbaycan Mərkəzi Bankının xəttini müdafiə ediblər. Mövqeləri də belə olub ki, ipoteka var, bank borcu var, Valeh Əliyevin (Azad Nağıyev sənədləri bu şəxsin adına saxtalaşdırıb – red.) adına obyektə dair sənəd olub, vəssalam, “biz reyestrə inanırıq”.

Amma həmin reyestr cinayət nəticəsində yaranmış hüquqa əsaslandığını tam qanunsuz olaraq nəzərə almır!

Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 271.1-ci maddəsi açıq yazır:

“Əşyanı girov qoyan yalnız onun mülkiyyətçisi ola bilər”.

Əgər Valeh Əliyev o əmlaka saxta yolla çıxarış alıbsa və bu sübut olunubsa, bu sənəd məhkəmə ilə ləğv olunubsa, onun bankla bağladığı ipoteka necə qanuni ola bilər?

Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi deyir:

“İddia mümkün sayılmır.”

Bu, hüquq deyil, vətəndaşa verilən bürokratik zülmdür. Əgər vətəndaşın əmlakı əsassız, cinayət yolu ilə ipoteka ilə yüklü edilibsə, məhkəmələr ədaləti bərpa edə bilmirsə, əksinə, əmlakın qəsbinə yol açan qərarlar verilirsə, o zaman Azərbaycan dövləti adından verilən mülkiyyət hüququna zəmanətin mənası nədir? Hüquqi dövlətdə vətəndaş mülkiyyətinə sahib çıxa bilmirsə, bu, hansı hüquq sistemidir?

Əgər cinayət sübuta yetirilib, dələduzluq faktı tanınıb, çıxarış ləğv edilibsə, ipotekanın varlığı hüquqi əsasını itirib. Bu həqiqəti dərk etmək üçün məhkəmə lazım deyil!

Yeri gəlmişkən, bir məqama da diqqət edək.

Bakı Apellyasiya Məhkəməsi Nizami Kərimovun əmlakının qiymətləndirilməsi ilə bağlı işdə olan rəylərdə göstərilən qiymətin real olmasına şübhə edib. Buna görə də alternativ qiymətləndirmənin keçirilməsinə qərar verib.

Qiymətləndiricilər əmlakın real bazar dəyərinin banklar tərəfindən qoyulan qiymətdən 2 dəfə baha olmasını müəyyən ediblər, əmlaka real bazar qiyməti qoyulub.

Azərbaycan Mərkəzi Bankı 19 iyul 2024-cü il tarixindən sonra 4 dekabr 2024-cü il tarixdə iş üzrə iddia tələbinə dəqiqləşmə verib. İddia ərizəsinin əvvəlki versiyalarından fərqli olaraq bu dəfə obyektə “tutmanın yönəldilməsi” ifadəsi yoxdur. Mərkəzi Bank sadəcə xahiş edib ki, obyektin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına “Premium Bank”ın iddia tələbi ödənildikdən sonra artıq vəsait qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan borcu üzrə sonrakı ipoteka saxlayan kimi Mərkəzi Banka ödənilməsinə dair qətnamə qəbul edilsin.

Sual yaranır, niyə?

Qətnamədən də görünür ki, “Premium Bank”dan fərqli olaraq Mərkəzi Bank obyektə tutmanın yönəldilməsi barədə bildiriş qeydə aldırmayıb. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ilk növbədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmasını nəzərdə tutur.

Qanunun 36.4-cü maddəsinə görə, belə qeyd olmadan tutmanın yönəldilməsi proseduru davam edə bilməz. Buna görə də qətnamənin obyektin satışından əldə edilmiş vəsait hesabına “Premium Bank”a borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin “Dekabank”ın Mərkəzi Bank qarşısında olan 2 milyon 631 min manat məbləğində borcun ödənilməsinə yönəldilməsi hissəsi tamamilə qanunsuzdur.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2.3-cü maddəsinə görə, ipoteka predmetinə tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə də yönəldilə bilər.

Qanunun 1.0.6-cı maddəsinə əsasən isə ipoteka hüququ ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Tutmanın yönəldilməsi bildirişin qeydə alınmasından sonra mümkündür.

Bu məqam da məhkəmələrin vətəndaşın mülkiyyət hüququna yanaşması kimi qəbul edilməlidir.

Nizami Kərimovun üzləşdiyi qanunsuzluqlar hüquqi dövlət prinsipinə birbaşa ziddir. Məhkəmələr Azərbaycan vətəndaşının mülkiyyət hüququnun qəsbinə mane ola bilmirsə belə, ələ keçirilməməsində də iştirak etməməlidirlər. Əks halda sabah belə qərarları verən hakimlərdən tutmuş hər bir Azerbaycan vətəndaşının əmlakı kağız üzərində alqı-satqı predmeti olacaq./musavat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elman Rüstəmovla "Bank Respublika"nın adı QALMAQALDA - 700 milyonluq kredit işi...

    Elman Rüstəmovla "Bank Respublika"nın ...

    30-05-2018, 15:28

  • 
  • Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ALA BİLMİR - Rəqəmlər...

    Azərbaycan bankı Rusiyaya verdiyi krediti GERİ ...

    17-10-2019, 11:35

  • 
  • Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət Fondu daha çox iş görməlidir”

    Mərkəzi Bankın sədri: “İpoteka və Kredit Zəmanət ...

    31-01-2020, 11:42

  • 
  • Elman Rüstəmova qarşı ittiham: 5 milyonluq dələduzluq sistemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?

    Elman Rüstəmova qarşı ittiham: 5 milyonluq ...

    28-08-2024, 21:55

  • 
  • Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC Kredit”də nələr baş verir ?- Görəsən, Elman Rüstəmovun “TBC” BOKT-dan xəbəri varmı ?

    Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC ...

    1-06-2021, 14:19


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu