GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL

Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL

Tarix: 10-09-2025, 23:08 Bölmə :Cəmiyyət Baxış: 360


 Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL

Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə 2020-ci ildə bağlanılan quru sərhədlər hələ də açılmayıb.

Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanla quru sərhədlərin hələ də bağlı qalmasından çox narazıdırlar. Gürcüstanda həyata keçirilən illik rəy sorğusunun nəticələrinə əsasən, respondentlər bu vəziyyətin xüsusilə ailə və qohumluq əlaqələri olan insanlar üçün ciddi çətinliklər yaratdığını vurğulayıblar.

Sorğunun nəticələrindən məlum olub ki, yeganə çıxış yolunun hava nəqliyyatı olması ailələrin büdcəsinə ciddi təsir göstərir.Belə ki, Tiflisə cəmi 45-50 dəqiqəlik uçuş üçün təyyarə biletlərinin qiyməti 240-350 manat arasında dəyişir. Bahalı biletlər Azərbaycan və Gürcüstan arasında sıx ailə və qohumluq əlaqələri olan şəxsləri çıxılmaz vəziyyətə salır.

Bəs bilet qiymətlərinin bahalaşmasının əsas səbəbi nədir? Həmçinin, yalnız ailə-qohumluq əlaqələri olan şəxslərin müəyyən güzəştlərlə quru
sərhədlərindən keçməsinə şərait yaradılması mümkündürmü?

Gundemxeber.az bildirir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirib ki, quru sərhədlərin bağlı qalması dövlət səviyyəsində atılan addımdır:

“Bu, təkcə Gürcüstanla bağlı deyil. Hazırda Ermənistanı nəzərə almasaq, Gürcüstandan başqa İran, Türkiyə və Rusiya ilə də quru sərhədlərimiz bağlıdır. Bu qərar bütün qonşu ölkələrə şamil olunur. Təbii ki, bu ölkələr arasında Azərbaycanla Gürcüstan arasında daha sıx qohumluq əlaqələri mövcuddur. İndi Gürcüstanda yaşayan azərbaycanlıların məişət zəminində gündəlik gediş-gəliş ehtiyacları daha çoxdur.

Məsələn, dövlət yalnız Gürcüstana münasibətdə xüsusi yumşalma addımı atsa, bu, digər ölkələrə münasibətdə diskriminasiya kimi qiymətləndirilə bilər. Düşünürəm ki, o insanların narazılığı Azərbaycan dövlətinin daxili məsələsi ilə bağlıdır”.Onun sözlərinə görə, quru sərhədlərdən keçid yalnız xüsusi hallarda mümkündür:

“Hesab edirəm ki, müalicə və həyati əhəmiyyətli hallar, yaxınının itirilməsi, yaxud öz ölkəsinə qayıtmaq zərurəti yarananda quru sərhədlərdən keçid mümkündür. Bunun üçün adətən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın və ya Xarici İşlər Nazirliyinin razılığı tələb olunur. Amma bu, kütləvi şəkildə tətbiq edilmir”.

Ekspert vurğulayıb ki, sərhəd siyasətində yalnız Gürcüstan istiqamətində güzəştlərin tətbiqi digər ölkələrlə münasibətlərdə suallar doğura bilər:

“Bəzi hallarda qohumların xeyir-şər mərasimlərində iştirakı üçün də konkret, real sübutlar təqdim olunduqda onların gediş-gəlişi təmin edilə bilər. Amma bu kütləvi şəkildə olsa, başqa ölkələrlə münasibətlərdə fərqli yanaşma olacaq. Niyə?

Məsələn, əgər yalnız Gürcüstan istiqamətində güzəştlər tətbiq olunarsa, onda sual meydana yaranacaq ki, bu, nə üçün İran, Türkiyə və ya digər qonşulara şamil edilmir? Deyə bilərik ki, Gürcüstanla sərhəd bölgələrdə qohumlar yaşayır.

Amma bu, heç də ona əsas vermir ki, bütövlükdə sərhədlə bağlı siyasətdə bir dövlətə bunu tətbiq edək, digərlərinə etməyək. Bu, artıq dövlətlərarası səviyyədə ciddi suallar doğura bilər”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq  - QƏRAR

    Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq ...

    24-06-2020, 15:57

  • 
  • Quru sərhədlərin bağlı qalması AZAL-a və onun törəmə şirkəti olan “Buta Airways”a sərf edir - Görünəni budur...

    Quru sərhədlərin bağlı qalması AZAL-a və onun ...

    4-10-2021, 14:52

  • 
  • Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL

    Cəmi 17 xəstə var: Quru sərhədlər açılır? - AKTUAL ...

    14-06-2023, 17:09

  • 
  • Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”? - İLGİNC

    Cahangir Əsgərov müamması: AZAL hara “qaçır”? - ...

    25-01-2023, 21:46

  • 
  • AZAL niyə özü-özünü `İFŞA ETDİ`? - AKTUAL

    AZAL niyə özü-özünü İFŞA ETDİ ? - AKTUAL ...

    19-05-2022, 13:50


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu