Azərbaycanın tikinti sektorunda uzun illərdir davam edən korrupsiya və məsuliyyətsizlik bataqlığının başında duran adlardan biri - İsfəndiyar Axundov, indi də medianı gizli çəkilişlərlə təhdid etmək yolunu seçib. Tikinti maqnatı kimi tanınan Axundov, ölkənin şəhər arxitekturasını təhlükə altına atan, tikinti standartlarına cavab verməyən onlarla bina ilə yalnız vətəndaşların deyil, bütün cəmiyyətin təhlükəsizliyini bilavasitə riskə atır.
Lakin məsələ yalnız keyfiyyətsiz bina tikintisi ilə məhdudlaşmır. Əldə edilən etibarlı məlumatlara əsasən, Axundovun inşa etdiyi bir çox bina mühəndis-texniki ekspertizadan keçmədən, layihəyə uyğun tikilmədən, bina təhvil sənədləri saxtalaşdırılaraq istismara verilib. Bu, artıq sadəcə biznes xətası deyil - cəmiyyətə qarşı cinayət deməkdir.
Məsələn, Bakı şəhərinin Nərimanov, Xətai və Yasamal rayonlarında yerləşən, “Kristal” və “Park” adları ilə tanınan yaşayış kompleksləri - tikinti normalarının pozulması, mərtəbə sayının qanunsuz şəkildə artırılması, yeraltı su basqınları, qüsurlu izolyasiya kimi problemlərlə illərdir bəzi müstəaqil medianın və ictimaiyyətin diqqətindədir.
Daha da narahatedici olan odur ki, bu qanunsuzluqları ifşa edən jurnalistlər və media qurumları, Axundovun gizli çəkilişləri, montaj edilmiş videolar və digər etikadan kənar vasitələrlə təhdid olunur. Bu cəhdlər, təkcə şəxsi maraqları qorumağa deyil, həm də ictimai informasiyanı boğmağa, cəmiyyətin təhlükədən xəbərsiz qalmasına xidmət edir.
Ən dəhşətlisi isə odur ki, İsfəndiyar Axundovun inşa etdiyi binalarda yaşayan yüzlərlə ailə, evdə yox, potensial qəza ocağında yaşayır. İnsanlar "ev" dedikləri məkanın əslində hər an çökə biləcək bir təhlükə mənbəyi olduğunu ancaq başlarına tavan çökəndə anlayırlar – ya da təəssüf ki, anlayacaqlar.
Reallıqda isə bu təhlükələr artıq baş verib:
2022-ci ildə Xətai rayonunda Axundova məxsus bina komplekslərindən birində tavandan su axması və izolyasiya çatışmazlığı səbəbindən çöküntü yaşanmışdı.
2023-cü ilin əvvəllərində Yasamalda onun inşa etdirdiyi binada liftin qəfildən dayanması və sərnişinlərin xəsarət alması qeydə alınmışdı.
Bu hadisələrin heç biri dərindən araşdırılmadı, məsuliyyət daşıyan qurumlar isə ya səssiz qaldı, ya da Axundovun “toxunulmazlığı” qarşısında geri çəkildi.
Nəticə etibarıyla susmaq bu fəlakətin bir parçası olmaqdır.
Bu gün İsfəndiyar Axundovun adı ilə bağlı olan tikinti layihələri yalnız daş və betondan ibarət deyil - onlar zəif nəzarətin, satın alınmış sənədlərin və susdurulmuş medianın simvoludur. Onun gücünün qaynağı - sistemin özündədir. Hər saxtalaşdırılmış sənəd, hər yoxlanmamış bina, hər qorxudulmuş jurnalist - cəmiyyətin zəifləməsi deməkdir.
Əgər biz bu gün danışmasaq, sabah danışmağa evimiz olmayacaq. İzləməniz üçün sözügedən videonu əlavə edirəm!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?