Zülfiqar Xeyirxəbərov öz Facebook səhifəsində Cəlal Əliyevə istinad edərək, Mir Şahini təhqir edən və xarici ölkədə mühacir həyatı yaşayan jurnalist Elbəyi Həsənliyə təəssüf hissi ilə cavab verib. O, Cəlal Əliyevin Mirşahinə qarşı çıxışının səbəbini belə xatırladıb: "Hesabat" jurnalında varlı məmurların siyahısı dərc olunmuşdu. Cəlal Əliyev də həmin siyahıda ön sıradaydı. Onu özündən çıxaran məhz bu olmuşdu" - deyə, müəllif qeyd edib. Müdafiə mövqeyindən çıxış edən yazarın paylaşdığı yazını ixtisar edərək, kiçik hissəsini təqdim edirəm: "Bu gün dövlətin Mir Şahinə və dövlətini, millətini sevən hər kəsə ehtiyacı var.
Mənə təəccüblü gələn budur ki, dostumuz Elbəyi və digərləri niyə vaxtilə radikal müxalifətdə olub, 2003-cü ildə hakimiyyət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra Ramiz Mehdiyevin vasitəçiliyi ilə əqidəsini satan və bu gün dövlətin deyil, özünü hakimiyyətə yaxın göstərən yaltaqların əvəzinə hər zaman əqidəsinə sadiq qalan Mir Şahini hədəf alırlar?
Dəyərli Elbəyi, o insanların arasında sizin dostlarınız da var. Hər dəfə Bakıya gələndə onlarla görüşürsünüz. Onlar da bu gün hakimiyyətin yanındadır, İlham Əliyevin siyasətini müdafiə edirlər. Heç olmasa bir dəfə onları tənqid etmisinizmi? Yaxud soruşmusunuzmu ki, nə baş verdi ki, vaxtilə devirmək istədiyiniz hakimiyyətin müdafiəçilərinə və təbliğatçılarına çevrildiniz?"
Əslində, mən də, Zülfiqar bəy kimi yazının altına rəy yazmadım ki, bəzilərinin hücumuna məruz qalmayım. Bu baxımdan maraqlı hissələri seçməklə, yazını ixtisar edib kiçik hissəsini təqdim etdim. Hər-halda bilənlər biləcək ki, hakimiyyətin təbliğatçıları olan jurnalistlər arasında ciddi gərginlik yaşanır. Bəs, Zülfiqar bəy hansı məqamlara diqqət çəkib?
Əsas düşündürücü hal budur.
Dünən də Ramiz mediyev saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edildi. Görəsən müxalifət sıralarından sürüşüb Ramiz Mehdiyevə (hakimiyyətə) xidmət edən media nümayəndələri barəsində də ölçü gödürüləcəkmi?
Sorğu
Yeni dizaynımız necədir?