GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb? -FOTOLAR

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb? -FOTOLAR

Tarix: 31-10-2025, 23:49 Bölmə :Cəmiyyət Baxış: 55


Bir neçə gün öncə mediada PA-nın sabiq şöbə müdiri Əli Həsənovun 2 milyardlıq mülklərinin siyahısı dərc olunmuşdu. Siyahıda Əli Həsənovun yaxın adamı olan və vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutmuş Nurlan Həsənovla ortaq biznesləri də qeyd olunub.


Nurlan Həsənova aid olan “Dostluq V”  şirkətinin binasında biabırçılıq

Sözügedən siyahını Demokrat.az dərc edəndən sonra həmin sayta Nərimanov rayon sakinlərindən müraciətlər daxil olur. Həmin müraciətlərdən birində iddia olunur ki, Əli Həsənov və Nurlan Həsənova aid olan “Dostluq V”  şirkətinin Nərimanov rayonunda inşa etdirdiyi hündürmərtəbəli yaşayış binasının ərazisi əxlaqsızlıq yuvasına çevrilib.  Şikayətdə sözügedən binaya komendat təyin olunmuş Əli Həsənovun Şərurdan olan İlkin adlı həmyerlisinin binanın mühafizə otağında əxlaqsızlıq yuvası yaratdığı iddia olunur.
Müraciətdə deyilir: “Bu binada mənzillərin satış qiyməti həddindən artıq bahadır. Güya adını premium qoyublar, amma hər şey bərbaddır. Sadəcə reklamı yaxşıdır və mənzil bazarında yaxşı bina kimi tanıdılıb. Biz də elə reklama aldanıb burdan ev almışıq. Amma məsələ təkcə bundan bitmir. Yüksək qiymətə aldığımız ev üçün hər ay yüksək məbləğdə “kommunal haqqı” pulu yığılır. Əli Həsənovun zamanından belədir. İndi də Nurlan Həsənov idarə edir. Binada 1 kvadrat üçün 70 qəpik hesablayırlar. Nə üçün axı? Dəfələrlə özlərinə şikayət etmişik, xeyri yoxdur. İdarəçilik isə çox bərbaddır. Binada iyrənc şeylər olur. Əli Həsənov binaya İlkin adında Şərurdan olan həmyerlisini komendant qoyub. O isə komendant otağını əxlaqsızlıq yuvasına çevirib. Bütün abrımız gedib. Hələ bundan da betəri odur ki, komendant binada yaşayan boşanmış qadınlara və qızlara qarşı əxlaqsız hərəkətlər edir. Çünki normal olaraq bina sakinlərinin telefonları komendanta verilib. Komendat isə hansı qadını sahibsiz görürsə, onlara əxlaqsız mesajlar yazır. O, bütün günü komendant otağının qabağında gəlib-gedən qadınlara sataşır. Ona görə də binada hər an kriminal hadisə baş verə bilər”.

“Dostluq V”  şirkətinin direktor müavini Mahir Cəfərov isə iddiaları təkzib edib: “Bu şirkətin Əli Həsənov və Vəli Həsənovla heç bir əlaqəsi yoxdur. O cür adamları tanımırıq. Binamızda əxlaqsızlıq yuvası məsələsinə gəldikdə isə bildirirəm ki, burda o cür haram işlərdən əsla söhbət gedə bilməz. Biz ömür boyu halal pul qazanmış adamlarıq”.

Nurlan Həsənov – Əli Həsənov işbirliyi

Mediada yayılan məlumata görə, hazırda Britaniyaya sığınan və oradan Azərbaycan hakimiyyətinə qarşı çirkin böhtanlar yağdırmaqdan çəkinməyən Qurban Məmmədov Nərimanov rayonunda o vaxt İcra Hakimiyyətinin işçisi olan Nurlan Həsənovla sövdələşməyə gedərək, saxtakarlıq yolu ilə ona aid olan mənzilin sahəsini sənədlərdə 480 kv metr kimi rəsmiləşdirib.
2011-ci ildə Gilan MMC-yə məxsus olan AzərTrans MMC həmin ərazidən tikinti məqsədilə sakinləri köçürməyə başlayıb. Q.Məmmədov isə saxta yolla 480 kv metr yazdırdığı ərazi müqabilində verilən əmlakla razılaşmayıb. Daha sonra Əli Həsənov o vaxt Nərimanov rayon icra başçısı olan Abdin Fərzəliyevə əmr verib ki, sözügedən məsələni Q.Məmmədovun istəyinə uyğun həll etsin. Abdin Fərzəliyev isə tərəddüd edərək məsələni uzatmağa çalışıb. Sonra işə Ramiz Mehdiyev qarışıb. O, icra başçısına zəng edib və üstünə qışqıraraq Q.Məmmədovun məsələsini dərhal həll etməyi tapşırıb.
Nurlan Həsənovun ilkin 500 000 dollar kapitalı bağlanmış Azərbaycan Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılmasından qazanması haqda istintaqın dəlil əldə etdiyi vurğulanır. Hətta buna görə o, beynəlxalq axtarışa da verilibmiş. Lakin sonralar Nurlan Həsənovla bağlı mətbuatda yazılmış bütün yazılar Əli Həsənov və Eldar Mahmudov tərəfindən sildirilmişdir. O zaman Əli Həsənovun canfəşanlığının səbəbi ictimaiyyətə bəlli olmasa da, Konkret.az yazır ki, illər sonra Nurlan Həsənovla biznes ortağı olması faktı üzə çıxdı. Eldar Mahmudovun öz ailəsinə aid olan 90 AA 009 nömrəli dövlət nömrə nişanını Nurlan Həsənova hədiyyə etdiyi vurğulanır. Nurlan Həsənov isə bu “qardaşlıq” qarşısında borclu qalmamış, əvəzində Eldar Mahmudova Əhməd Rəcəbli küçəsində 40 milyon manat olan bir neçə mülk hədiyyə etmişdi. Ən ciddi ittihamlar 2020-ci illə bağlıdır – Əli Həsənov və Ramiz Mehdiyevin vəzifədən azad edilməsindən az sonra. Həmin il Əli Həsənovla Nurlan Həsənovun eyni vaxtda İstanbula getməsi diqqət çəkmişdi. İşin ən ilginc tərəfi isə Qurban Məmmədovun da eyni vaxtda İstanbula gəlməsi idi. Açıq mənbələrdə yayılan məlumatda iddia edilir ki, Nurlan Həsənovun sadəcə Qurban Məmmədovu maliyyələşdirdiyi bildirilsə də, sonradan onun bir çox başqa söyüş müxalifətçilərini maliyyələşdirdiyi şübhəsi yaranıb. İstintaqa cəlb edilən Nurlan Həsənovun istintaqa bəzi sirləri hələ o vaxt verdiyi də açıq mənbələrdə yazılır.
Əli Həsənovun Nurlan Həsənovla birgə mənimsədiyi və yuxarıda qeyd edilən əmlakların dəyəri 2 milyard manat olaraq qiymətləndirilir. Bu qədər böyük sərvətləri ələ keçirən şəxslərin hakimiyyət eşqinə düşməsi mümkündür.


Nərimanovdakı məşhur “Park Fore” restoranına kimlər toplaşır?


Bu arada Demokrat.az xəbər portalı paytaxtın Atatürk parkında yerləşən və Abşeron Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Nurlan Həsənova məxsus “Park Fore” restoranının fotolarını təqdim edib.  Abşeron RİH-in başçısı Abidin Fərzəliyevin əsas adamı hesab olunan Nurlan Həsənov bizneslə məşğul olduğunu inkar etsə də, faktlar bunun tam əksini sübut edir. Belə ki, çoxsaylı və müxtəlif sahələr üzrə biznes infrastrukturuna sahib olan Nurlan Həsənova məxsus olan “Park Fore” restoranı da məhz onun qardaşı Rəşad Həsənov tərəfindən idarə olunur.
Halbuki, Azərbaycan qanunvericiliyində vəzifəli şəxslərin bizneslə məşğul olması qadağan olunub. “Dövlət qulluğu haqqında” Qanunun tələbi ilə dövlət qulluqçularının fəaliyyətinə bir sıra məhdudiyyətlər qoyulur. Dövlət qulluqçusu öz xidməti vəzifələrini yerinə yetirdiyi müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola, kommersiya təşkilatının idarə və ya nəzarət orqanlarının tərkibinə daxil ola bilməz. Qeyd edək ki, “Park Fore” restoranı həm də müxalifətçilərin görüş yeri kimi məşhurdur. Belə ki, Pənah Hüseyn, İsa Qəmbər, Seymur Həzi, Tural Abbaslı, Arzu Səmədbəyli və digər müxalifət funksionerlər görüşlərini əsasən bu restoranda keçirirlərd/demokrat.az/

img img img img




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏLİ HƏSƏNOV HƏBS EDİLİR?

    ƏLİ HƏSƏNOV HƏBS EDİLİR? ...

    31-08-2020, 15:34

  • 
  • Abidin Fərzəliyevin Nurlan adlı müəammalı şəriki: Əli Həsənov da işin içində

    Abidin Fərzəliyevin Nurlan adlı müəammalı şəriki: ...

    13-05-2020, 23:19

  • 
  • Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?

    Əli Həsənovun qardaşı İsa Həsənov da aradan ...

    2-09-2020, 21:27

  • 
  • Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA

    Əli Həsənov mediadan birdəfəlik gedir - İDDİA ...

    28-05-2020, 14:04

  • 
  • Əli Həsənov yeni-yeni saytlar yaradıb ki.... - İDDİA

    Əli Həsənov yeni-yeni saytlar yaradıb ki.... - ...

    16-06-2020, 16:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu