GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Ümum Türk dili alınmaz” deyənlərə...

“Ümum Türk dili alınmaz” deyənlərə...

Tarix: 2-11-2025, 18:13 Bölmə :Cəmiyyət Baxış: 89

                    

Ay “Ümum Türk dili alınmaz” deyənlər, necə olur ki: Dövlət dilimiz  qılınc gücünə, baş kəsməklə, zorla Ərəb dili ola bilir, zorla, şiəçilik hiyləsiylə Pers-fars dili ola bilir, zorla, silah gücünə Rus dili ola bilir... ancaq eyni kökdən olub, yüz illərin ayrı oluşmasından fərqli dil kimi formalaşmış olsa da, həyati vacib ehtiyaclarına görə, Türklərin birliyi üçün, öz istəkləriylə ümum Türk dili ola bilmir? Niyə?

 Bəlkə ona görə ki, Ərəbin, Farsın, Rusun öz içində əritdiyi, assmilyasiya etdiyi ərəbbaş, farsbaş, rusbaş və sair baş 5-ci kolonları aldıqlarınız yad tərbiyə üzündən, öz ağalarınızın tapşırığı ilə demək istədiklərinizi SSRİ vaxtı dediyiniz kimi açıq deyə bilmirsiz... ay bizdən olub bizə oxşamayan devşirmələr, mulatlar, manqurtlar, yadların düşüncə kölələri?

Ağıllı türk aydınlarımız, artıq ikinci yüzillikdir ki, yadellilərin Qaba və Yumşaq gücləri əsarətində əzilən, assmilə olunan, parçalanmış, təriqətlərə bölünməklə içdən biri birinə düşmən edilmiş, cəhalətlə geriliyə gömülmüş, öz kökündən uzaqlaşmaqda olan, pərakəndə, əlaqəsiz yaşayan türklərin öz varlıqlarını qorumaq, gücə çevrilmək, inkişaf etmək, birlik xəyallarını qurmuş, buna tarixi düşüncə kimi oluşacaq Turan Dövləti demişlər. Bu düşüncənin reallaşması çətin olsa da, ancaq gərəkli olduğunu da bilirik. Türk birliyinin gərəkliliyini son iki yüzildə ilk dəfə, dövlət başçısı səviyyəsində, Azərbaycan Respublikası Prezidenti İ.Əliyev, 6 iyun 2024-cü il tarixdə, Milli Məclisdə deyib:”Açıq demək istəyirəm, yəqin ki aparılan siyasət də hər kəsə bunu aydın göstərir, bu bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır, bundan güclü birlik ola bilərmi, əlbəttə ki, yox.” Dövlət başçısının göstərdiyi bu hədəf fikir böyüklərimizin arzuladığı,uğrunda bizim də çalışdığımız Turan-Türk Dövlətlər Birliyi olacaqdır. Təbii ki, bu dövlətlər birliyinin öz ümumi dili olmalıdır. Bu dil aşağıdakı qaydada yaradılmalı olan ümum Türk dili ola bilər.

Sayın professor N.Nəsiblinin təşkilatçılığı ilə, 13.05.2024-cü il tarixdə oluşan “İkinci türkçülük çalışmalarında” araşdırılan “Dil məsələlərimiz” konusunda (mövzusunda) ümum Türk dilinin yaradılmasının gərəkliliyi vurğulandı. Konfrans iştirakçılarından biri, akademik Nizami Cəfərov konu barədə çıxış edərək, təqribən belə bir fikir dedi: “Hər bir türk xalqı öz dilində danışacaq, heç biri öz dilini dəyişməyəcək”. Adam dolayısıyla demək istədi ki, ümum Türk dilinin yaradılması mümkün deyil... Elə bil biz demişdik ki, türk xalqları öz dillərində yox, yalnız ümum Türk dilində danışacaq, axı belə şey olmayıb, heç olması da mümkün deyil, çünki bu dilin formalaşma reallıqlarına zidd olardı. Biz, Turan xəyalını gerçəkləşdirmək istəyənlər elə varsal (zəngin) bir ümum Türk dili yaratmaq istəyirik ki,o dildə bütün türklərin sözü olmaqla işlək hala salınsın və gələcək nəsillərimiz də bu ortaq dili öyrənib rahat danışa bilsinlər. N.Cəfərov fikrini dedi və getdi, görünür işi vardı deyə konfransın axırına qaımadı, baxmayaraq qonu (mövzu) türk xalqlarının dil birliyinin qurulması kimi daha vacib, taleyüklü, gərəkli məsələydi. Məncə, sayıb gəldiyin toplantıdan gedirsə də “Mənə kimin sualı var” deyib, veriləcək sualları ynıtlayıb-cavablandırıb getməli idi, bunsuz getmək etik deyil. Onun kimi bir neçə titullu da eyni qaydada getdi, əsl fikir adamları qaldı. Düzü, onun mövqei ilə bağlı cavabım içimdə qaldı, sormağa özünü tapmadım, sonrakı iki toplantımıza da gəlmədi deyə mən də indi dilə gəlməli oldum, çünki qonu aydınlaşdırılması gərəkən məsələdir.

Eşitdiyimə görə onu Türk Dünyası Ortaq Əlifba Komissiyasına üzv ediblər, gözəl, adam ən titullu dilçidir. Ancaq o, bizə dediyi məntiqlə “mən uğuruna inanmadığım bir işin qulpundan yapışa bilmərəm” deyib, özü üzvliyinə etiraz etməli idi, qəribədir ki, etməyib. İndi, belə çıxır ki, üzvü olduğu Komissiya ümum Türk əlifbasının, gələcəkdə isə onun məntiqi davamı olaraq ümum Türk dilinin yaradılması yönündə, Nizami müəllim isə, indilikdə ümum Türk əlifbasının yaradılması, gələcəkdə isə Ümumtürk dilinin yaradılmasının mümükün olmaması yönündə çalışacaq... ancaq bu necə olacaq bilmirəm. Bəlkə də Nizami müəllim fikrini başqa cür demək istəyib, yaxud mən onu yanlış anlamışam, ancaq yaranacaq bu cür sualları özü yanıtlamalı-cavablandırmalı idi, özü də ki, qalmadı getdi...

Araşdıranda gördüm akademik Nizami Cəfərov yoldaş 12.09.2024-cü il tarixdə 525-ci qəzetə müsahibəsində ortaq ümum Türk əlifbasının yaradılması ilə bağlı deyir “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir.”(?!). Mən də soruşuram, əgər məqsəd hamı üçün anlaşıqlı ümum Türk dilinin yaradılması deyilsə, onda dildə ifadə olunmayacaq ortaq əlifba yaratmaq kimə və nəyə gərəkdir, dilsiz əlifba necə səslənəcək, yalnız ortaq, dilsiz əlifba (?!) işimizə yarayacaqmı? Biz ümumi dilsiz fikrimizi bölüşə, inteqrasiya edə biləcəyikmi, əlbəttə ki, yox. Onda bəs Türk Dövlətlər Təşkilatının yaradılmasının məqsədi, hədəfi, sonucu nədir, bu liderlər vaxtaşırı yığışmaqla nə etmək istəyirlər? Türk Dövlətlər Birliyinin ümumi dili olmayacaqsa üzvləri, xalqları necə danışacaq, necə anlaşacaq, necə birlik yaradacaqlar, yenədəmi düşüncə əsarətində (yumşaq gücü altında) olduqları rus işğal dilində qonuşacaqlar? Axı, hörmətli akademikin “Burada söhbət ortaq türk dili yaratmaqdan getmir.” fikri, mövqei bu cür sadə suallara nəinki məntiqli cavab vermir, əksinə, bu yöndəki çalışmalara qarşıdır. Mən çox istərdim hörmətli akademik bu məsələlərə aydınlıq gətirsin, biz də bu intizardan qurtulaq.

A kişi, xəbərin olsun deyə bildirirəm, artıq Turan Dövlətinin Anayasasının layihəsi də hazırdır, istəsən baxa bilərsən -“Təzadlar” qəzeti,15.09.2018-09.02.2021,30(2171)-05(2290) saylarında və “Qanun” jurnalının 2020-ci il,9-cu sayında.

Türk Dünyası Ortaq Əlifba Komissiyasının, habelə hörmətli akademik və onun kimi düşünənlərin nəzərinə İkinci Türkçülük Çalışmalarında (dil məsələlərimiz) verdiyim təklifi təkrar sunuram, çünki bunsuz işimiz yarımçıq qalacaq:

“Dil milli birliyin birinci şərtidir.

Azərbaycan Dövlətinin dövlət dili “Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında” 1918-ci il 28 may tarixli Bəyənnaməsində, Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən türk dilinin dövlət dili olaraq qəbul olunması haqqında 27 iyun 1918-ci tarixli qərarında, “Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyənnamə barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarında, “Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktında, 22 dekabr 1992-ci il tqrixli, 413 saylı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”da əks olunan prinsiplərə, əsaslara uyğun, ölkədə çoxluq təşkil edən, ölkə ərazisinin çoxu onun milli ərazisi olan və bu arealda tarixən faktiki ortaq ünsiyyət vasitəsi olaraq mövcud olan Türk millətinin dili – Türk dili olmalıdır.

Əgər ölkə ərazisi, ölkədə yaşayan və ölkə ərazisi tərkibində onun milli əraziləri olan millətlərin birləşməsindən yaradılmışdırsa, onda bu millətlərin dilləri onların hamısının say çoxluğu sırası ilə I, II və sairə dövlət dili statusu daşıya bilərdi... lakin, bu hal Azərbaycan Respublikasına aid edilə bilməz, çünki Azərbaycan Respublikasının ərazisi Türk milli ərazisində, Türk millətinin iradəsini əks etdirən yuxarıda sadalanan sənədlərdə oluşdurulmuş, sonradan bərpa edilmiş, indi də eynən adlandırılmalıdır.

 Bütünün (məqalənin) adında deyildiyi kimi dil milli birliyin birinci şərtidir. Başqa sözlə, dil, fikir və əməl birliyi olmadan hər hansı birlik qurulmaz. Dil birliyini təmin etmənin reallıqdan irəli gələn faktiki və elmi əsasları vardır. Dil birliyini, həm də mümkün qədər əhatəli, mənalı, məntiqli ədəbi dili formalaşdırmaq üçün həvəskar və özfəaliyyət qaydası yetərli deyil. Ona görə də bu yöndə:

1.Xüsusi Dövlət Proqramı qəbul edilməli;

2.Xüsusi Dövlət Proqramını oluşduran peşəkar dilçilərdən, habelə həvəskarlardan Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu yaradılmalıdır.

3.Dövlət Türk Dil Komissiyasının İşçi Qrupunun işini təşkil etmək üçün Dövlət Büdcəsindən gərəkən miqdarda pul ayrılmalıdır.

4.DTDKİQ üzvləri hazırda mövcud olan söz ehtiyatlarımızdan Türk Dil Bankımızı yaratmalıdır.

5.Türk Dil Bankımızı daha da zənginləşdirmək üçün yurdumuzun bütün bölgələrində, o cümlədən respublika ərazisindən kənarda bütün, o cümlədən arxaik və dialekt söz nümunələrini toplamaq üçün Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu üzvləri, bölgələrin sayı qədər yarımqruplara bölünərək, yerlərdə çalışmaqla görəvləndirilməlidir. İşçi qrupunun işini asanlaşdırmaq, ona yardım edilməsi üçün Azərbaycan xalqına və soydaşlarımıza müraciət edilməli, onların təqdim etdikləri söz nümunələri də qeydə alınmalıdır.

6. Söz ehtiyatlarımızın toplanmasını bitmiş saydıqdan sonra Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu birgə qərar verməklə yeni, zənginləşmiş Azərbaycan Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

7.Dövlət Türk Dil Komissiyasının İşçi Qrupu eyni işin respublikamızdan kənar bütün Türk boylarında təşkil edilməsi üçün, bütün Türk boylarına, onların dövlətlərinə, yerli inzibati və kompakt yaşam vahidlərinə müraciət etməlidir.

8.Yalnız, bütün Türk boylarından toplanan söz ehtiyatlarımızın toplanmasını bitmiş və incələnmiş saydıqdan sonra, Türk Boylarının Dövlət Dil Komissiyalarının İşçi Qrupu birgə qərar verməklə yeni, bütün Türk boylarının söz ehtiyatlarını ehtiva edəcək, yaradılacaq Turan Dövlətinin dövlət dili funksyasını yerinə yetirə biləcək, daha dolğun, zənginləşmiş ümumtürk - Türk Dil Bankımızın yaradıldığını elan etməlidir.

9. Türk Dil Bankı əsasında Türk millətinin vahid tədris, təlim, tərbiyə işlərinə başlanılması üçün dərsliklər çap edilməli, mətbuat, informasiya vasitələri, dövlət dili bu əsasa keçməlidir. Bu işi Türk dövlətləri birlikdə maliyyələşdirilməlidir.

10. Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.

11. Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları iştirakçılarının adından, bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə, Türk dövlətlərinin parlament və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına göndərilməli və onların – Ümumtürk Dil Hərakatında fəal iştirakı istənilməlidir.

12. Təşkilati işlər, Birinci Türkçülük Çalışmaları iştirakçıları sırasından seçiləcək Təşkilat Qrupuna tapşırılmalıdır.”

Bu təklif, İkinci Türkçülük Çalışmaları toplantısında səsləndirilmiş, ”İkinci Türkçülük Çalışmaları: Dil məsələlərimiz” toplusunda çap edilmişdir.(Salman Mümtaz yayınevi,səh.263,2024-ci il.),*Hürriyyət* qəzetinin 22.10.2024-ci il sayında,saytında,*Türkistan*qəzetinin 29.10.2024-ci il sayında,saytında,*Gündemxeber.az* saytında 21.10.2024-ci il,*Təzadlar.az* saytında 21.10.2024-ci il tarixdə yayımlanmışdır.

 Bu iş bu cür görülməlidir, bunsuz türk dövlətlərinin, türk xalqlarının iş birliyi alınmaz. Biz sovetlərin 20 yerə böldüyü ümum Türk dilini daha təkmil qaydada bərpa etməliyik. Əgər biz ümum Türk dilini dediyim qaydada formalaşdıra bilsək Türk dilimiz gələcəkdə dünyanın ən varsal (zəngin) dillərindən biri olacaqdır. Sayğılarla.


Keçmiş prokuror, əmək veteranı, 

Məmmədxan Əzizxanlı. 

30.10.2025

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda tərcüməçilərin elektron bazası yaradılır

    Azərbaycanda tərcüməçilərin elektron bazası ...

    22-05-2016, 10:50

  • 
  • Fars rejiminin nöfbəti həyasızlığı

    Fars rejiminin nöfbəti həyasızlığı ...

    17-02-2013, 11:27

  • 
  • İnsanın damarda qanı donur - Dili açılmamış uşaq şəhid olmuş atasına ağı deyir - VİDEO

    İnsanın damarda qanı donur - Dili açılmamış uşaq ...

    30-07-2015, 23:49

  • 
  • Rus dili Qarabağda dövlət dili ELAN OLUNDU

    Rus dili Qarabağda dövlət dili ELAN OLUNDU ...

    25-03-2021, 19:07

  • 
  • Araikdən növbəti təxribat: Rus dili Qarabağda rəsmi dil elan olundu

    Araikdən növbəti təxribat: Rus dili Qarabağda ...

    17-02-2021, 12:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu