GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanlı kriminal avtoritetlər İranın xidmətində

Azərbaycanlı kriminal avtoritetlər İranın xidmətində

Tarix: 4-11-2025, 22:19 Bölmə :Cəmiyyət Baxış: 9

İranlı dissident Məsih Əlinejadın öldürülməsinə cəhdlə bağlı üç ildən artıq davam edən və bütün bu müddət ərzində beynəlxalq medianın diqqət mərkəzində olan cinayət işi ötən həftə məhkəmə qərarı ilə yekunlaşıb.

Gundemxeber.com "Azad İran"a istinadən xəbər verir ki, Nyu-York məhkəməsi İran hakimiyyətinin sifarişi ilə iranlı jurnalist və ictimai fəal Əlinejada sui-qəsd etmək istəyən Rafət Əmirov və Polad Ömərova 25 il həbs cəzası verib. Cinayətin digər iştirakçısı və bilavasitə Əlinejadın qətlini həyata keçirməli olan Xalid Mehdiyev barəsində isə məhkəmə hökmü yaxın vaxtlarda veriləcək.

Rəsmi sənədlərdə və beynəlxalq mediada bu şəxslər rus mafiyasının üzvləri və ya Şərqi Avropa mütəşəkkil cinayətkar qruplaşmasının nümayəndələri kimi təqdim olunsalar da, onların azərbaycanəsilli olduqları məlumdur və onlar haqqında vaxtaşırı Azərbaycan mətbuatında müxtəlif məlumatlar dərc olunub.

Bildirildiyinə görə, 46 yaşlı "qanuni oğru" Rafət Əmirov həm də "Fəxrəddin Mirzəyev", "Rim" və "Roma" adları ilə tanınıb və əslən Azərbaycanın keçmiş Əli-Bayramlı (indiki Şirvan) şəhərindən olduğu üçün kriminal aləmdə "Rafət Əlibayramski" ləqəbi ilə məşhurlaşıb. Onun hazırda İran vətəndaşı olduğu bildirilir.

"Araz Əliyev", "Polad Qaqa", "Hacı Qaqa" adları ilə tanınan 40 yaşlı Polad Ömərov Gürcüstan vətəndaşıdır və əslən bu ölkənin Dmanisi bölgəsindəndir. Bu şəxslərdən birincisi Özbəkistanda, ikincisi isə Çexiyada tutularaq ABŞ-yə təhvil verilib.

Dəstənin ilk həbs olunan üzvü isə keçmiş cüdoçu, "Əhmədli Xalid" ləqəbi ilə tanınan 23 yaşlı Xalid Mehdiyev olub. O, 2022-ci ilin yayında Bruklində Əlinejadın yaşadığı evin yaxınlığında təsadüfən ifşa olunub. Polis onu dayanma işarəsinə əməl etmədiyinə görə saxlayıb və axtarış zamanı onun avtomobilindən "Kalaşnikov" avtomatı, 66 patron və xeyli pul aşkar olunub. Eyni zamanda onun avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi müəyyənləşib və o həbs edilib. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Rafət Əmirov və Polad Ömərov iranlı jurnalistə sui-qəsdin təşkilatçılarıdır, həmin vaxt ABŞ-də yaşayan Xalid Mehdiyev isə bilavasitə qətlin icraçısı olmalı imiş.

Qətlin sifarişçiləri İran İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın dörd zabiti, o cümlədən bir general olub. Prokurorluğun araşdırmasına əsasən, SEPAH Əmirova xanım Əlinejadın qətli üçün 500.000 dollar təklif edib və ona Əlinejad haqqında ev ünvanı da daxil olmaqla, zəruri məlumatları verib. 2022-ci ilin iyul ayında Əmirov bu məlumatı Ömərova göndərib. Ömərov da öz növbəsində həmin məlumatı dəstənin Nyu-York ştatının Yonkers şəhərində yaşayan digər üzvü Xalid Mehdiyevə çatdırıb ki, Mehdiyev xanım Əlinejadı izləyə və öldürə bilsin. Əmirov və Ömərov SEPAH-ın verdiyi avansdan Mehdiyevə 30.000 dollar pul da çatdırıblar.





  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı avtoritetlər müxalifətçini aradan götürmək istəyiblər - generalın sifarişi...

    Azərbaycanlı avtoritetlər müxalifətçini aradan ...

    25-10-2024, 21:36

  • 
  • ABŞ-də iranlı dissidenti öldürməyə cəhddə təqsirləndirilən iki azərbaycanlı HƏBS EDİLDİ

    ABŞ-də iranlı dissidenti öldürməyə cəhddə ...

    3-11-2025, 18:05

  • 
  • "Qanuni oğru"nun qardaşı və digərləri barədə hökmdən şikayət verilib

    "Qanuni oğru"nun qardaşı və digərləri ...

    17-06-2019, 17:35

  • 
  • İki iranlı fəal azadlıqdan məhrum edilib

    İki iranlı fəal azadlıqdan məhrum edilib ...

    16-07-2019, 13:03

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu