GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Direktor aldığı rüşvətdən hansı vəzifəli şəxsə verdiyini açıqladı - DETALLAR

Direktor aldığı rüşvətdən hansı vəzifəli şəxsə verdiyini açıqladı - DETALLAR

Tarix: 6-11-2025, 12:23 Bölmə :Cəmiyyət Baxış: 7


Rüşvət alma, dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən Vurğun Mənsimovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.


 Xəbərə görə, o, 1 sentyabr 2011-ci il tarixdən 20 oktyabr 2022-ci il tarixədək Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib.

Vurğun Mənsimov 71 445 manat büdcə vəsaitini mənimsəyib, 8 000 manat dələduzluq edib, 3 000 manat rüşvət alıb.


İstintaq orqanı tərəfindən V. Mənsimovun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


"Heç kimdən pul almamışam”


Lənkəran Ağır Cinayətlər Məhkəməsində ifadə verən V. Mənsimov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, 2011-2022-ci illərdə Yardımlı rayon Uşaq-Gənclər idman-şahmat məktəbinin direktoru vəzifəsində işləyib:


"2022-ci ildə öz ərizəmlə işdən çıxdım. Yardımlı rayonun Ostair kənd sakinindən 2000 manat, Məlikli kənd sakinindən isə 5000 manat məbləğində pulu borc almışam. Sonra hər ay ödəniş etməklə borcları qaytarmışam. Mənim direktor kimi təşkilati-sərancam vermə səlahiyyətim olsa da, hansısa şəxsi işə götürmək ixtiyarım. Məktəbin pedaqoji, texniki heyətinin işə qəbulu Yardımlı rayon Təhsil Şöbəsi tərəfindən həyata keçirilib.


Kimisə işə götürmək adıyla heç kimdən pul almamışam, heç kimi də aldatmamışam. Ona görə mənə verilmiş ittihamda göstərilənləri qəbul etmirəm. Belə hal olubsa da, aldığım pulu Yardımlı rayon Təhsil Şöbəsinin keçmiş müdirinə vermişəm”.


"Direktor müavini cavabdehlik daşıyıb”


Təqsirləndirilən şəxs qeyd edib ki, ittiham aktında adları keçən və şahid olan müəllimləri tanıyır, həmin şəxslər Yardımlı rayon Uşaq-gənclər idman-şahmat məktəbinin müəllimləridir: "Məktəbdə çalışan müəllimlər tələblərə uyğun işləyib, vaxtlı-vaxtında dərsləri tədris edib və intizam-intizam qaydalara riayət ediblər.


Məktəb əvvəllər, yəni 2022-ci ilədək Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən, sonrakı dövrdə isə Lənkəran-Astara Təhsil İdarəsi tərəfindən maliyyələşib. Sənədlərdə heç saxtakarlıq olmayıb. Direktor olaraq əməkhaqların ödənilməsi üçün tərtib olunan smeta cədvəlini aidiyyəti üzrə göndərmişəm.


Məktəbdə artıq işçilərin əməkhaqların ödənilməsi məsələsini təhsil idarəsi və maliyyə idarəsi həll edib. Mənim bundan xəbərim olmayıb. Məktəbdə dərslər tədris olunarkən qeydiyyat aparılan jurnallara mən yox, direktor müavini cavabdehlik daşıyıb”.


"Əmrləşmə aparılmayıb”


Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, məktəbin binası kiçik və tədris üçün əlverişsiz olduğundan məşğələlər müxtəlif məktəblərdə təşkil edilib:


"Məşqçi-müəllimlər, texniki işçilər Yardımlı rayon Təhsil Şöbəsinin müdirinin təqdimatı, mənim isə əmrim əsasında işə götürülüb. Təhsil şöbəsi təqdimat vermədiyi halda heç kəsi işə götürə bilməmişik.


Etiraf edirəm ki, bəzi işçilər təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin təqdimatı, mənim isə əmrim əsasında işə götürülsələr də, vəzifə funksiyalarını yerinə yetirmədikləri halda onlara tərəfimdən maaş buraxılması halları olub.


Həmçinin şahidlərdən biri məktəbə məşqçi-müəllim təyin edilsə də, onun heç bir qrupu olmayıb və dərs keçməyib. Lakin aylıq maaşını alıb. Daha bir neçə müəllim dərs keçsə də, onların barəsində tərəfimdən əmrləşmə aparılmayıb”.


"Məqsədim müddət udmaq olub”


V. Mənsimovun ifadəsinə görə, 2022-ci ilin fevral ayında keçmiş iş yoldaşı, Yardımlı rayon Alçabulaq kənd orta məktəbinin direktoru onunla əlaqə saxlayıb, Əfqan İbayev və qardaş oğlu Fəraim İbayevi işə götürməsinin mümkün olub-olmadığını soruşub: "Həmin vaxt pula ehtiyacım olduğundan onları işə götürə biləcəyimi bildirdim. Bir neçə gün sonra Sırıq kəndinin ərazisində bunun üçün 5000 manat aldım.


Fikrim Yardımlı rayon Təhsil Şöbəsinin müdiri ilə razılaşaraq həmin şəxsləri işə götürmək idi. Onda təhsil şöbəsinin müdiri Manaf Səmədzadə məzuniyyətdəydi. O, məzuniyyətdən qayıtdıqdan dərhal sonra işdən çıxdığından bu plan alınmadı. 5000 manat pulu öz şəxsi ehtiyaclarım, o cümlədən tibbi xərclərim üçün sərf etdim.


Zərərçəkmiş şəxsdən 5000 manatı aldığım vaxt ona Fəraim və Əfqanı şahmat kursuna göndərəcəyimi, kurs bitdikdən sonra işə götürəcəyimi demişəm. Amma onları hər hansı şahmat kursuna göndərmək fikrim olmayıb. Məqsədim guya şahmat kursunun ödənişi kimi 5000 manat məbləğində pulu almaq, daha sonra isə onların işə qəbul edilməsinə cəhd etmək olub.


Zərərçəkmiş şəxs tez-tez kurs məsələsini soruşduğu üçün müddət qazanmaq və onu özümə inandırmaq məqsədim ilə, əslində olmayan 29 nömrəli əmrdən saxta çıxarışlar tərtib edərək imzalamışam”.


Məhkəmənin hökmü ilə V. Mənsimov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib. O, 5 il azadlıqdan məhrum edilib.


Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, hökmün ləğv edilməsini və barəsində daha ədalətli, humanist qərar qəbul edilməsini xahiş edib.


Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti qismən təmin olunub. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.


Təqsirləndirilən şəxs 1 il 9 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum olunub, cəza 4 il 9 aya endirilib.

Bu qərardan təqsirləndirilən şəxsin müdafiəçisi kasasiya şikayəti verib. Şikayətə Ali Məhkəmədə baxılıb və təmin edilməyib./Teleqraf.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş düzəltmək adı ilə dələduzluq edib

    Prokuror vəzifəli şəxsə 14 il cəza istədi - iş ...

    29-03-2018, 12:28

  • 
  • Cinayət işi məhkəməyə göndərilmişdir

    Cinayət işi məhkəməyə göndərilmişdir ...

    20-02-2015, 12:14

  • 
  • 1 milyon manatlıq korrupsiya ilə bağlı YENİ XƏBƏR

    1 milyon manatlıq korrupsiya ilə bağlı YENİ XƏBƏR ...

    25-09-2014, 15:21

  • 
  • Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib

    Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il ...

    3-06-2022, 16:25

  • 
  • Kəmalə Ağazadə məhkəmədə

    Kəmalə Ağazadə məhkəmədə ...

    1-06-2018, 15:15


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu