GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Müəllimlərin yeni iş saatı narazılıq doğurdu - reaksiyalar

Müəllimlərin yeni iş saatı narazılıq doğurdu - reaksiyalar

Tarix: 18-11-2025, 12:26 Bölmə :Cəmiyyət / Ölkə Baxış: 8

Elm və təhsil nazirinin son təklifi “repetitorluğun məhv edilməsi” kimi qiymətləndirilir - ekspertlərdən çağırış

Müəllimlərin iş rejimi ilə bağlı yeni təkliflər təhsil sektorunda ciddi narazılıq yaradıb. Elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin komitə iclasında çıxışı zamanı məktəblərdə yeni modelin tətbiqinə başlanacağını deyib. Onun sözlərinə görə, bu model yalnız sertifikasiyada yüksək bal toplayan müəllimlər üçün nəzərdə tutulur və tamamilə könüllü olacaq. Belə müəllimlərin həftəlik dərs yükü 18-24 saat təşkil edəcək, qalan vaxt isə metodik hazırlıq, fərdi məşğələlər və layihələrə həsr olunacaq. Qalan müəllimlər isə əvvəlki kimi saat hesabı ilə işləyə biləcəklər.

Nazirin açıqlaması sosial şəbəkələrdə dərhal geniş müzakirəyə səbəb oldu. Bir çox istifadəçi bu yeniliyi “repetitorluğun məhv edilməsi üçün dolayısı addım” kimi qiymətləndirdi. Müəllimlərin böyük hissəsi isə modellə bağlı narahatlığını açıq şəkildə ifadə edir. Onların fikrincə, hazırkı əməkhaqqı sistemi dəyişmədiyi halda, müəllimin məktəbdə əlavə saatlarla qalmasının real qarşılığı olmayacaq.

Cahid İmanlı: "Əksər universitetin praktika təcrübəsi sıfıra bərabərdir" |  tehsil365.news

 Cahid İmanlı 

Təhsil eksperti Cahid İmanlı vəziyyəti şərh edərkən bildirib ki, müəllimlərin daimi iş yükünə keçirilməsi nəzəri baxımdan müsbət görünür, lakin praktiki olaraq ciddi problemlər doğuracaq. Onun sözlərinə görə, müəllimlərin məktəbdən dərhal ayrılmasının əsas səbəbi aylıq maaşın real yaşayış xərclərini qarşılaya bilməməsidir: "Müəllimin aldığı əməkhaqqı bəzən onun ailə büdcəsinin 30 faizini belə ödəmir və nəticədə müəllim əlavə qazanc axtarmağa məcbur olur. Belə olan halda yeni modelin tətbiqi daha çox müəllimin peşəni tərk etməsi ilə nəticələnə bilər".

Ekspertin diqqət çəkdiyi digər mühüm məsələ məktəblərin infrastrukturu ilə bağlıdır. Hazırda ölkədəki məktəblərin böyük əksəriyyətində müəllimlərin günün ikinci yarısını səmərəli keçirə biləcəyi şərait yoxdur. Yeməkxana, istirahət zonası, fərdi iş kabineti, metodik otaqlar, kompüter təminatı və sürətli internet bir çox təhsil müəssisəsində ya ümumiyyətlə mövcud deyil, ya da məhduddur. Belə şəraitdə müəllimin əlavə saatlarla məktəbdə qalması yalnız formal xarakter daşıyacaq və real pedaqoji nəticə verməyəcək.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu model qəbul edildiyi təqdirdə, məktəblərdə ixtisaslı kadr çatışmazlığı daha da dərinləşə bilər. Çünki maaş artımı və sosial təminat olmadan iş saatının artırılması təhsili cazibədar sahə olmaqdan çıxaracaq. Bu isə uzunmüddətli perspektivdə həm tədrisin keyfiyyətinə, həm də ümumi təhsil mühitinə mənfi təsir göstərəcək.

Təhsil sistemində dəyişikliklərin zəruriliyi danılmazdır, lakin mütəxəssislər hesab edir ki, bu dəyişikliklər real şərait, mövcud maddi-texniki baza və müəllimlərin sosial vəziyyəti nəzərə alınmadan həyata keçirilərsə, nəticə gözləniləndən tam əks istiqamətə gedə bilər. Yeni modelin taleyi isə hələlik həm müəllimlərin reaksiyasından, həm də hökumətin təklifləri nə dərəcədə yenidən nəzərdən keçirəcəyindən asılı olacaq.

Elçin Əfəndi

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, nazirliyin sözügedən yeni qərarı təhsil müəssisələrinin tabeliyində şagirdlərə əlavə hazırlıqların keçilməsinə səbəb ola bilər. Onun sözlərinə görə, repetitorluqla məşğul olan müəllimlər bu prosesə qarşı çıxırlar: “Çünki bu qərar qəbul olunarsa, birbaşa repetitorluğa ciddi təsir göstərəcək. Nazirlik də açıq-aşkar ortalığa fakt qoyaraq bildirir ki, əgər müəlllim məktəbə gəlib 5-6 saat dərs deyirsə və qalan vaxtını repetitorluğa həsr edirsə, zəhmət olmasa, gedib o işlə məşğul olsun. İmkan versin ki, o 5-6 saatlıq dərsi məktəbdə müəllim peşəsini sevən, bu peşəyə hörmətlə yanaşan şəxslərə təqdim edək. Nəticədə onların dərs saatı normal olsun və maaşları qalxsın. Hazırda bəzi müəllimlər 5-6 saatlıq dərs götürür və günün ikinci yarısı isə başqa işlə məşğul olur. 5-6 saat dərs deyən müəllimin əməkhaqqı əlbəttə ki, az olacaq. Belə olan halda bu cür məllimlərin məktəbdə işləməkdə məqsədi nə ola bilər? Məqsəd odur ki, dərs dediyi uşaqların heç olmasa bir neçəsini repetitorluğa cəlb etsin. Digər tərəfdən isə bilir ki, rəsmi bir iş yeri var və bunun üçün DSMF-də kapitalı yığılır. Ona görə də bu prosesə qarşı çıxanların böyük əksəriyyəti demək olar ki, həmin müəllimlərdir. Nazirlik illərdir - 1997-1998-ci illərdən bu günə qədər davam edən prosesə nəzər salsaq, görərik ki, repetitorluğun tüğyan etdiyi bir dövrdür. Hər kəs bilir ki, ailələr ən axrıncı pulunu repetitora verir. Buna görə də nazirlik adekvat qərarlar qəbul etmək istəyir. Əgər biz müasir standartlara cavab verən təhsil formalaşdırmaq istəyiriksə, o zaman bu təhsilin bərqərar olması üçün lazım olan tədbirlər görüləcək. MDB məkanında hələ də köhnə, sovet təfəkkürlü təhsil sistemi hökmranlığını sürür. Lakin biz uzun müddət bu üsulla təhsili davam etdirə bilmərik. Sinqapurun, Finlandiyanın təhsil modellərindən nələrisə götürüb tətbiq etmək olar. Bu tətbiqlər də Azərbaycan təhsilinin Avropa təhsil sisteminə daha da inteqrasiya olunmasını dəstəkləyir. Bir sözlə, bu qərar müəllimlərin tam ştatla təhsil müəssisəsində işləməsini önə çıxarır. Repetitorluqla məşğul olanlar bu prosesdən kənarda qalacaqlar. Tam ştatla dərs deyəcək müəllimlərin isə ayrıca otağı olmalı, pulsuz qida ilə təmin olunmalı, onlara yüksək əmək haqqı, fərdi kompüter verilməli, dövlət qulluqçusu, yaxud da buna bərabər status daşımalıdır.  Bütün bunlar olduğu halda qərar müsbət məqamlarla xarakterizə olunacaq və təhsilə böyük töhfələr verəcək”.

Ekspert bildirir ki, hazırda ölkədə 4400-dən çox təhsil müəssisəsi mövcuddur. Onun sözlərinə görə, təxminən 3 minə yaxın məktəbdə bu qərarı təbiq etmək mümkün olacaq: “Qalan digər təhsil müəssisələri, xüsusi ilə də ucqar bölgələrin məktəblərinin sayı azalacaq və ya bəziləri bağlanacaq. Çünki şagird sayı təbii artımla əlaqəli olaraq, azalır. Rayonlarda elə məktəb var ki, onun 2 şagirdi var. Bu nöqteyi-nəzərdən təhsil müəssisələrinin sayını azaldıb, onların balansından istifadə edərək digər məktəbləri inkişaf etdirmək mümkün olacaq. Təbii ki, bunun üçün zaman lazımdır.

Xatirinizdədirsə, sertifikasiya prosesi başlayan zaman hər kəs xaotik fikirdə idi. Lakin sertifikasiya olandan sonra hamı qəbul etdi ki, əslində bu yaxşı bir şeydir. Uyğun müəllimlər təhsildə qaldı və onların əməkhaqları artdı. Bu qərar da 3-4 ildən sonra öz müsbət tərəflərini göstərəcək. Doğrudur, burada könüllülük prinsipi tətbiq olunacaq. Məsələn, musiqi müəlliminin həftə ərzində 5 saat dərsi varsa, o, niyə saat 6-ya kimi məktəbdə olsun ki. Yəni seçim imkanları tanınacaq. Lakin proses ümumilikdə repetitorluqdan asılılığın qarşısının alınmasında atılan addımlardan biridir. Lakin saat 6-ya kimi işləyən müəllimlərin maaşı indikindən çox olacaq.

Bəzi müəllimlər var ki, onlar auditoriyada şagirdə bilik ötürməyə o qədər də həvəsli deyillər. Onlar şagirdi asılı vəziyyətə salmağa və yanına hazırlığa çağırmağa meyillidirlər. Bizim məqsədimiz isə odur ki, o tip müəllimləri prosesdən kənarlaşdıraq. Doğrudur, yeni qərar repetitorluğu aradan qaldırmayacaq, ancaq təhsil müəssisəsindən uzaq tutacaq. Ümumiyyətlə, repetitorluqdan asılılığı aradan qaldırmaq istəyiriksə, DİM-in qəbul imtahanlarında dəyişik model olmalıdır.  Yəni bir abituriyent 6-7 fəndən deyil, 3-4 fəndən imtahan verib, ali təhsil müəssisəsinə girməlidir. Qəbul asanlaşmalı, oranı bitirmək çətinləşdirilməlidir. Bununla da repetitorluq asılılığı sıradan çıxacaq. Bir şagird 6 fəndən tək hazırlaşa bilmir, buna görə də əlavə hazırlığa ehtiyac duyur"./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin imtahanı başladı

    Müəllimlərin imtahanı başladı ...

    16-12-2015, 18:17

  • 
  • Mikayıl Cabbarov müəllimlərin əməkhaqqlarından danışdı

    Mikayıl Cabbarov müəllimlərin əməkhaqqlarından ...

    15-04-2014, 10:57

  • 
  • Müəllimlər üçün yeni qaydalar

    Müəllimlər üçün yeni qaydalar ...

    16-10-2015, 14:29

  • 
  • Novruz Məmmədovdan müəllimlərlə bağlı YENİ QƏRAR

    Novruz Məmmədovdan müəllimlərlə bağlı YENİ QƏRAR ...

    30-08-2018, 15:12

  • 
  • Yeni Təhsil nazirindən dərslər barədə MÜHÜM AÇIQLAMA

    Yeni Təhsil nazirindən dərslər barədə MÜHÜM ...

    17-08-2020, 16:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu