GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Az Referans Medical Group-un dövlət qurumları ilə dərman biznesi -DETALLAR

Az Referans Medical Group-un dövlət qurumları ilə dərman biznesi -DETALLAR

Tarix: 15-01-2026, 21:41 Bölmə :Cəmiyyət Baxış: 16

"Referans”ın dövlət qurumları ilə dərman biznesi

Referans Medical Group illərdir dövlət tenderlərinin əsas “qaliblər”indən biridir. Xüsusilə milyonluq layihələr qrupa daxil olan MMC-lər vasitəsilə reallaşdırılır. Bu satınalma müqavilələrinin hansı şərtlərlə bağlandığı, niyə məhz "Referans"ın seçildiyi cəmiyyətə bəlli deyil. Çünki müqavilələr əsasən bir mənbədən imzalanır.

"Referans" fəaliyyəti dövründə ən böyük sifarişini ötən ilin sonunda alıb.

Belə ki, 2025-cü ilin sonuna yaxın Ədliyyə Nazirliyinin Tibb baş idarəsində və onun tabe qurumlarında dərman preparatlarının və sarğı materiallarının satın alınması üçün "Referans Pharmaceuticals” MMC ilə 2 milyon 580 min manat dəyərində müqavilə imzalanıb. Satınalma bir mənbədən baş tutub. Yəni "Referans Pharmaceuticals” MMC-yə hansı göstəricilərə görə üstünlük verildiyi bəlli deyil.

Ötən ilin sentyabrında “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsin ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün “Referans Pharmaceuticals” ilə bağladığı müqavilə də diqqət çəkir. Publik hüquqi şəxs dərmanların alınması üçün MMC-yə 9 milyon 982 min 947,5 manat ödəyib. Müqavilənin icrasının bitmə tarixi bu ilin sentyabr ayı qeyd edilib.

Yeri gəlmişkən, bu “İnnovasiya və Təchizat Mərkəzi”nin “Referans Pharmaceuticals” ilə ilk əməkdaşlığı deyil. Publik hüquqi şəxs 2024-cü ildə də ümumprofilli müalicə müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələrinin satın alınması üçün MMC-yə 11 milyon 169 min 120,08 manat ödəyib.

“Referans Pharmaceuticals” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin də “ən sevimlilərindəndir”. Dövlət Agentliyi 2023-cü ildə "Referans Pharmaceuticals” ilə 23 milyon manat dəyərində 2 müqavilə imzalayıb. Söhbət 2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər tibb müəssisələri üçün 6 milyon 947 min 527,3 manat dəyərində dərman vasitələrinin, 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünə qədər 15 milyon 526 min 795,63 manat dəyərindən dərman vasitələrinin alınmasından gedir.

İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.

Agentlik 2021-2022-ci illər üzrə hepatit əleyhinə dərman vasitələrinin satın alınması məqsədilə 385.860 manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramına dair dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 418 min 902,8 manat, tibb müəssisələri üçün spesifik dərman vasitələrinin satın alınması məqsədilə 1 milyon 192 min 926 manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirləri üzrə dərman vasitələrinin satın alınması məqsədilə 54.143 manat, sümük iliyinin diaqnostikası üçün spesifik vasitələrin satın alınması məqsədilə 54.392 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı üzrə dərman vasitələrinin satın alınması məqsədilə 134.992 manat dəyərində, "Referans Pharmaceuticals” ilə müqavilələr bağlayıb.

Bundan əlavə 2021-ci ildə talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası çərçivəsində dərman vasitələrinin və tibbi sərfiyyat mallarının satın alınması üçün keçirilən tenderdə də “Referans Pharmaceuticals”a üstünlük verilib. Müqavilənin dəyəri 1 milyon 615 min 243 manat olub.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi elə həmin ildə “Referans Pharmaceuticals” ilə ümumprofilli müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan əsas dərman vasitələrinin satın alınması üçün 1 milyon 417 min 475 manat, eləcə də imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün 1 milyon 51 min 911 manat dəyərində müqavilələr imzalayıb.

"Referans” pulu əsasən COVİD-19 pandemiyası dövründə qazanıb.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti 2020-2022-ci illərdə əməkdaşlarında COVİD-19 virusunun müəyyən edilməsi üçün "Referans”dan laborator xidmətlər satın alıb. Müqavilənin birinin dəyəri 103.663 manat, digərinin dəyəri 132.552 manat olub.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi isə "Referans”dan COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə analizlərin götürülməsi və laborator diaqnostikası xidmətlərinin satın alınmasına 2020-ci ildə 170 min (iki müqavilə), 2021 -ci ildə 248.508 manat, 2022-ci ildə 38.232 manat xərcləyib.

Sahibkarlığın İnkişafı Fondu publik hüquq şəxs də COVİD-19 virusuna qarşı test analizlərinin aparılması xidmətləri üçün MMC-yə 2021-ci ildə 43.612, 2022-ci ildə 38.615,5 manat ödəyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində “Referans”dan 156.715,8 AZN dəyərində dərman vasitələri, eləcə də 1.180.000 AZN dəyərində tibbi sərfiyyat malları, laborator reaktivlər və sərfiyyat malları, həmçinin PCR kit dəstləri və onlara uyğun sərfiyyat malları satın alıb.

1,2,3 və 6 Saylı DOST Mərkəzləri əməkdaşlarını “Referans"da COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə test müayinəsindən keçirilməsinə 155,098 manat xərcləyiblər.

MİDA isə COVİD-19 virusu ilə əlaqədar tibbi testlərin və müvafiq analizlərin aparılması üçün 137.776,8 AZN ödəyib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2020-ci ildə COVİD-19 pandemiyası ilə bağlı müayinə-test xidmətləri satın alınması üçün “Referans” ilə 35 min manat dəyərində iki müqavilə bağlayıb.

“BakuBus” MMC-nin sürücülərinin səyyar yoxlama yerlərində və inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətini "Referans"dan 480.024 AZN-ə satın alıb.

"Referans Pharmaceuticals” və Referans Klinik Laboratoriya Mərkəzi MMC-lər kimə məxsusdur?

Referans Medical Group bir zamanlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sabiq sədri Ramin Bayramlıya məxsus olub. Vəzifəsindən uzaqlaşdırıldıqdan sonra biznesi əlindən alınıb. Məlumatlara görə, qrupa daxil olan MMC-lərin qanuni təmsilçiləri fərqli şəxslər olsa da eyni sahibkarın nəzarətindədir.

Qeyd edək ki, Referans Medical Group 2020-ci ildə pandemiyanın pik zamanında - may ayında yaradılıb. Ona qədər R.Bayramlı artıq tibb sahəsində biznesini qurmuşdu. “SPEKTR MED” (VÖEN-i 2001534811) MMC-ni alaraq, dövlət satınalmalarını həmin şirkət vasitəsilə həyata keçirirdi. Eləcə də “Referans” brendi altında dərman, laboratoriya xidmətlərini Referans Medical Group brendi altında birləşdirib. Qrup yaradıldıqdan dərhal sonra dövlət layihələrində iştirak edib. Milyonluq tenderlərin əsas qalibi olub.

Yeri gəlmişkən, Referans Medical Group-un təsis edildiyi gündən qanuni təmsilçisi Elgiz Dadaşovdur.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.10.2014-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 100 manat olan MMC-nin qanuni təmsilçisi isə Abbas Famil oğlu Əliyevdir.

Apardığımız ətraflı araşdırmada məlum oldu ki, MMC 21.10.2014-cü il tarixdə İqbal Qəhrəman oğlu Heydərov tərəfindən təsis edilib.
Referans Klinik Laboratoriya Mərkəzi 2014-cü ildə “Referans Pharmaceuticals”dan bir neçə gün əvvəl dövlət qeydiyyatına alınıb. Bu MMC-nin də nizamnamə kapitalı cəmi 100 manatdır. Qanuni təmsilçisi Aytən Oqtay qızı Heydərovadır.(Teleqraf)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavanşir Feyziyevin `SATDIM` dediyi şirkət 10 milyonluq TENDER UDDU - DETALLAR

    Cavanşir Feyziyevin SATDIM dediyi şirkət 10 ...

    9-09-2022, 09:53

  • 
  • “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı özbaşınalıqdı –Cənab Qurbanov nə fikirləşir…?

    “İnnovasiya və Təchizat Mərkəzi”ndə əməlli-başlı ...

    22-11-2024, 23:16

  • 
  • Bu şirkət dövlət qurumlarının əsas favoritidir... – “Zeytun”-a daha bir 1,5 milyonluq tender

    Bu şirkət dövlət qurumlarının əsas favoritidir... ...

    7-02-2022, 14:37

  • 
  • SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir tenderləri niyə eyni şirkət qazanır?

    SƏHİYYƏ NAZİRLİYİNİN “ARASH” SEVGİSİ… - 10 ildir ...

    24-05-2019, 12:24

  • 
  • Səhiyyə sisteminin `ZEYTUN` SEVDASI... - İcazə verin, şübhələnək...

    Səhiyyə sisteminin ZEYTUN SEVDASI... - İcazə ...

    23-12-2021, 11:42


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu