GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Allahşükür Paşazadənin qızının absurd iddiası “dirildi”– hakim 10 il sonra qərardadla qərarı ləğv etdi

Allahşükür Paşazadənin qızının absurd iddiası “dirildi”– hakim 10 il sonra qərardadla qərarı ləğv etdi

Tarix: 10-02-2026, 19:43 Bölmə :Cəmiyyət Baxış: 5

Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə Allahşükür Paşazadənin qızı, keçmiş deputat Əliabbas Salahzadənin həyat yoldaşı Xatirə Salahzadənin tərəf olduğu məhkəmə prosesi keçirilir.

İş üzrə iddiaçı Azərbaycan vətəndaşı Seymur Quliyev, cavabdeh isə Xatirə Salahzadədir. Mübahisə obyekti olan 20 sot torpaq sahəsi Bakının Bilgəh qəsəbəsində, Kardioloji Sanatoriya ilə sərhəddə yerləşir.

Seymur Quliyev bildirir ki, torpaq sahəsini 2004-cü ilin mayında alqı-satqı yolu ilə əldə edib və ərazidə 2 və 3 mərtəbəli villa tikib. 2013-cü ildən başlayaraq isə Xatirə Allahşükür qızı Salahzadə həmin torpaq sahəsinə iddia irəli sürməyə başlayıb.

Sabunçu Rayon Məhkəməsində, daha sonra Bakı Apellyasiya Məhkəməsində və ardınca Ali Məhkəmədə Xatirə Salahzadənin iddialarının əsassız olduğu qətnamə və qərarlarla təsdiqlənib. Bununla belə, Xatirə Salahzadə 2014-cü ildə Konstitusiya Məhkəməsinə müraciət edib və 2015-ci ildə onun şikayəti təmin olunmayıb.

WhatsApp Image 2026-02-10 at 17.48.55.jpeg (29 KB)

Məhkəmə çəkişmələri davam etdiyi dövrdə, o zaman deputat olan Xatirə Salahzadənin qaynatası Hacı Qalib Salahzadə Seymur Quliyevin ərazidəki iki villasını sökərək yerlə bir edib. Həmin vaxtdan sonra Seymur Quliyev özəl mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq daxil ola bilmədiyini bildirir. Onun sözlərinə görə, əraziyə getdiyi zaman Hacı Qalib Salahzadə tərəfindən daşqalaq edilərək oradan uzaqlaşdırılıb.

2025-ci ildə Xatirə Salahzadə növbəti dəfə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bu dəfə iddia Bilgəh qəsəbə nümayəndəliyinin torpaqayırma sənədi verməsinin əsassız olması ilə bağlı olub.

Hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Seymur Quliyev çıxış edərək bildirib ki, Xatirə Salahzadə 2013-cü ildə eyni tələblə 2 saylı İnzibati Məhkəməyə müraciət edib və həmin iddia təmin olunmayıb. O, 2013-cü ildə çıxarılmış məhkəmə qərarını hakimə təqdim etdikdən sonra Xatirə Salahzadə iddiasını geri çəkməyə məcbur qalıb.

2025-ci ilin oktyabrında Xatirə Salahzadə Bakı İnzibati Məhkəməsinə verdiyi və geri çəkdiyi iddianı “yeni açılmış hal” kimi Ali Məhkəməyə təqdim edib. 2025-ci ilin dekabrında Ali Məhkəmədə hakim Əhliman Xıdırovun sədrliyi ilə bu müraciətə baxılıb və iddianın qəbuledilməzliyi barədə qərardad çıxarılıb.

2026-cı ilin yanvarında isə məlum olub ki, Xatirə Salahzadə yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edib. Bu dəfə o iddia edib ki, Seymur Quliyev 2015-ci ildə torpağa mülkiyyət hüququ əldə etmək üçün müraciət edərkən guya Xatirə Salahzadənin həmin əraziyə dair çıxarışı olub.

Faktiki vəziyyət isə fərqlidir. Belə ki, Xatirə Salahzadənin həmin əraziyə dair çıxarışı 2014-cü ildə Ali Məhkəmənin yekun qərarı ilə ləğv edilib. Həmin iş üzrə Xatirə Salahzadə birbaşa cavabdeh tərəf kimi iştirak edib.

Seymur Quliyev bildirir ki, bütün bunlara baxmayaraq, Xatirə Salahzadə əsassız iddialarla çıxış edir və Bakı İnzibati Məhkəməsinin hakimi Ləman Musayeva iddianı icraata qəbul edib. Hakim Ləman Musayeva 15 yanvar 2026-cı il tarixli qərardadla 2 saylı İnzibati Məhkəmənin 15.11.2015-ci il tarixli qərarını ləğv edib və işə mahiyyəti üzrə baxılmasını “təzələyib”. Səbəb kimi isə Xatirə Salahzadənin üçüncü şəxs qismində prosesə cəlb edilməməsi göstərilib.

Üçüncü şəxs – amma hansı əsasla?

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən, üçüncü şəxs yalnız o halda prosesə cəlb edilə bilər ki, məhkəmə qərarı onun hüquq və vəzifələrinə birbaşa təsir göstərsin.

Bu işdə isə belə bir təsirin mövcud olub-olmadığı sual doğurur. Cavabı tapmaq üçün əvvəlki məhkəmə qərarlarına baxmaq kifayətdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 avqust 2014-cü il tarixli, 2-1(82)-2084/2014 saylı qərarı ilə “İnşaat Servisez” MMC-yə verilmiş dövlət reyestrindən çıxarışın bir hissəsi ləğv edilib və torpaq sahəsinin Seymur Quliyev və Nurid Əliyevin mülkiyyətində olan yaşayış evlərinin həyətyanı sahələrinə aid olduğu təsdiqlənib.

Həmin iş üzrə üçüncü şəxs olan Xatirə Allahşükür qızı Salahzadə apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli qərarı ilə şikayət təmin edilməyib və qərar qanuni qüvvəyə minib.

Beləliklə, məhkəmə artıq bir dəfə və qəti şəkildə müəyyən edib ki, bu torpaq sahəsi Xatirə Salahzadənin hüquq və mənafelərinə aid deyil.

Bu halda sual yaranır: Xatirə Salahzadənin torpağa subyektiv hüququ yoxdursa, əvvəlki iddiaları məhkəmələr tərəfindən əsassız sayılıbsa və bu faktlar qanuni qüvvəyə minmiş qərarlarla təsdiqlənibsə, onda 10 ildən sonra onun bu işə üçüncü şəxs kimi cəlb edilməsinin hüquqi əsası nədir?

Daha da önəmlisi, “cəlbetmə” adı altında qanuni qüvvəyə minmiş məhkəmə qərarı necə ləğv edilə bilər?

Qeyd olunur ki, İnzibati Məhkəmənin hakimi Ləman Musayeva Ali Məhkəmənin hüquqi mövqeyini də nəzərə almayıb. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərardadında açıq şəkildə bildirilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə yenidən baxılması yalnız zəruri cəlbetmə hallarında mümkündür. Adi cəlbetmə bu nəticəni doğura bilməz.

Bu işdə isə nəinki zəruri, ümumiyyətlə, hər hansı cəlbetmə üçün hüquqi əsas görünmür.

Baş verənlər artıq texniki səhv təsiri bağışlamır. Burada Konstitusiyanın 60 və 129-cu maddələri, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 99-cu maddəsi, eləcə də Banqlor prinsipləri ilə təsbit olunmuş qərəzsizlik və müstəqillik tələbləri ciddi sual altına düşür.

İddiaçı bildirir ki, hakimin bu qərarı nəticəsində onun əmlak hüquqları pozulub, qanuni gözləntiləri puça çıxıb və hüquqi müəyyənlik prinsipi faktiki olaraq tapdanıb.

Seymur Quliyev artıq Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədrinə rəsmi müraciət edərək işin nəzarətə götürülməsini xahiş edib. O qeyd edib ki, baş verənlər qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, hakimin səlahiyyət hədlərinə və ədalət mühakiməsinin etibarlılığına dair ciddi siqnaldır.

İddiaçının fikrincə, əgər bu praktika norma halına çevrilərsə, sabah istənilən məhkəmə qərarı istənilən vaxt, istənilən “üçüncü şəxs” adı altında yenidən açılıb ləğv edilə bilər./musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Allahşükür Paşazadənin həbs olunan qohumu ilə bağlı qərar verildi

    Allahşükür Paşazadənin həbs olunan qohumu ilə ...

    21-09-2017, 22:37

  • 
  • ​Zərərçəkmiş Hacı Qalibin oğlundan ŞİKAYƏTÇİ DEYİL

    ​Zərərçəkmiş Hacı Qalibin oğlundan ŞİKAYƏTÇİ DEYİL ...

    8-11-2017, 13:40

  • 
  • Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - BŞİH problemə əl qoydu

    Hacı Qaliblə vətəndaşın 20 sot torpaq davası - ...

    4-12-2020, 12:38

  • 
  • Hacı Qalibə qarşı ittiham irəli sürən şəxslə bağlı ilginc fakt: “Qardaşını döyüb”

    Hacı Qalibə qarşı ittiham irəli sürən şəxslə ...

    21-10-2021, 15:40

  • 
  • Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb

    Hacı Qalib Salahzadənin oğlunun məhkəməsi başlayıb ...

    6-11-2017, 11:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu