GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Tehranda mebelini satan Məsud: 'Hamımız kasıblamışıq'

Tehranda mebelini satan Məsud: 'Hamımız kasıblamışıq'

Tarix: 5-06-2026, 12:45 Bölmə :Cəmiyyət Baxış: 3


İranda iqtisadi böhranın dərinləşdiyi bir vaxtda Məsud dolanmaq üçün ev əşyalarını satmağa məcbur qalıb. ABŞ və İsrailin fevralın 28-də başlatdığı müharibə İranda infrastruktura və sənayeyə böyük zərbə vurub, inflyasiyanı və işsizliyi kəskin artırıb.

"Dolanmaq üçün mebellərimizi satdıq. Evdəki elektrik cihazlarını, xalçaları yığıb satdıq", – Tehranda yaşayan Məsud AzadlıqRadiosunun fars xidmətinə bildirib. O, təhlükəsizlik səbəbindən həqiqi adını açıqlamır.

Məsud hazırda işsizdir; əlavə qazanc əldə etmək üçün evdə sendviç hazırlayır və Tehran metrosunda satır: "Elektrik, telefon və bina xidmət haqlarını ödəmək üçün şirəçəkən aparatımı da satdım".

Pulsuzluq

Məsud kimi milyonlarla iranlı artıq üç aydır davam edən müharibənin ağır iqtisadi nəticələri ilə üz-üzə qalıb. Beynəlxalq sanksiyalar və hökumətin yanlış iqtisadi siyasəti İran iqtisadiyyatını onsuz da zəiflətmişdi; indi isə 90 milyon əhalisi olan ölkə tam iqtisadi çöküş həddinə çatıb.

"İnsanlar pullarının qurtaracağından narahatdırlar. Bir çoxu ehtiyat pullarını xərcləyir. Küçələrdə bunu açıq görmək mümkündür: hərəkətlilik azalıb, gəlirlər düşüb", – Tehrandan olan iqtisadçı Cavad Rəhimpur "Radio Fərda"ya bildirib.

İşsizliklə yanaşı, ərzaq məhsullarının, dərmanların və kommunal xidmətlərin qiymətləri də kəskin yüksəlib. Tehran sakini Məsud deyir ki, bir il öncə 80 milyon rial (47 dollar) olan onurğa inyeksiyaları kursu hazırda 400 milyon riala (234 dollar) başa gəlir. Bu isə təxminən altı dəfə artım deməkdir. Onun aylıq mobil telefon haqqı 300 min rialdan (18 sent) 1.7 milyon riala (1 dollar), elektrik enerjisi haqqı isə 1.2 milyon rialdan (70 sent) 6 milyon riala (3.5 dollar) yüksəlib.

"Hamımız kasıblamışıq. Bir vaxtlar orta təbəqəyə aid olan və ya ondan bir qədər yaxşı yaşayan insanlar indi maliyyə cəhətdən çox çətin vəziyyətə düşüblər", – deyə Məsud söyləyib.

Əmək nazirinin müavini Qulamhüseyn Məhəmmədi aprel ayında bildirib ki, hökumətin hesablamalarına görə, müharibə nəticəsində 1 milyon iş yeri itirilib, 2 milyon nəfər isə birbaşa və ya dolayısı ilə işsiz qalıb. Martda ərzaq məhsullarının qiyməti 2025-ci ilin eyni ayı ilə müqayisədə 110 faiz artıb.

İranda internet qismən açıldı, qorxu isə qalır: 'Susmağa və sağ qalmağa çalışırıq'

Alıcılıq qabiliyyətinin azalması iqtisadiyyatın bütün sahələrinə təsir edib. Xəzər dənizi sahilində restoran sahibi olan bir qadın "Radio Fərda"ya bildirib ki, müharibə dövründə biznesi, demək olar ki, dayanıb. ABŞ və İsrailin zərbələri başlayandan bəri minlərlə insan məhz bu bölgəyə köçüb: "İlk bir-iki həftə çox böyük canlanma var idi. İnsanlar əllərindəki az pulla şimala gəlirdilər. Sonradan müştərilərin sayı azalmağa başladı. Üç-dörd nəfərlik ailələr gəlib qiymətlərə baxır, sonra isə çıxıb gedirdilər. Yaxud ikinəfərlik bir yemək sifariş edib bölüşürdülər".

Müharibədən əvvəl onun restoranında 10 nəfər işləyirdisə, hazırda cəmi üç nəfər qalıb. Onun sözlərinə görə, ərazidəki bir çox biznes tamamilə qapanıb.

ABŞ-nin iqtisadi təzyiqi

Münaqişə dövründə ABŞ və İsrail İrana qarşı iqtisadi təzyiqləri daha da artırıblar. Hava zərbələri ölkənin əsas enerji və nəqliyyat infrastrukturunu, körpüləri, yolları, eləcə də neft və qaz anbarlarını dağıdıb və ya ciddi zədələyib.

Aprelin 13-də ABŞ İran limanlarına və gəmilərinə dəniz blokadası tətbiq edib; nəticədə ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi olan neft ixracı tamamilə pozulub. ABŞ bu embarqonu İranın Hörmüz boğazına nəzarəti ələ keçirmək cəhdlərinə cavab olaraq reallaşdırıb. İran təhdid və hücumlarla beynəlxalq gəmiçiliyi faktiki olaraq iflic edib, enerji bazarlarında ciddi narahatlıq yaradıb.

İranın əsas sənaye müəssisələrinin dağıdılması əhalinin böyük narazılığına səbəb olub. Hədəflərdən biri də İranın ən iri sənaye müəssisələrindən sayılan və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələri olduğu bildirilən Mübarəkə Polad Zavodu olub. Müəssisə bir neçə hava zərbəsindən sonra apreldə istehsalı tam dayandırıb.

"Düşünmürəm ki, Mübarəkə zavodu, hətta sanksiyalar olmasa belə, yaxın 10 və ya 20 il ərzində əvvəlki vəziyyətinə qayıda bilsin", – restoran sahibi bildirib. Onun sözlərinə görə, ölkənin sənaye bazasına vurulan zərbələr "uzunmüddətli yara" buraxıb.

Daha bir iqtisadi silah – internetin kəsilməsi

İran hakimiyyətinin daxildə tətbiq etdiyi internet blokadası müharibənin iqtisadi təsirlərini daha da ağırlaşdırıb. Bu, müasir tarixdə ən uzunmüddətli internet məhdudiyyətlərindən biri hesab olunur. Tam 88 gün ərzində milyonlarla iranlı rəqəmsal təcrid şəraitində yaşayıb. Mayın 26-da başa çatan bu blokada yerli iqtisadiyyata nəhəng zərər vurub.

İran Ticarət Palatasının rəsmisi Əfşin Kolahi aprelin 12-də bildirib ki, internetin kəsilməsi ölkəyə gündəlik 40 milyon dollaradək birbaşa ziyan vurub. Onun sözlərinə görə, dolayı itkilər isə gündə 80 milyon dollara çata bilər.

"İnternet üzərindən qazanc əldə edən çox insan hər şeyini itirdi. Mən də onlardan biri idim, gəlirlərimiz sıfıra düşdü", – Məsud vurğulayıb.

Yanvarda ölüm halları ilə müşayiət olunan kütləvi etirazlar məhz bu iqtisadi problemlərdən qaynaqlanmış, sonradan isə İranın dini rəhbərliyinə qarşı aksiyalara çevrilmişdi.

"İqtisadi narazılıq həddindən ziyadə yuxarıdır. Bunu nə sözlərlə, nə də yazılarla gizlətmək mümkündür", – iqtisadçı C.Rəhimpur vəziyyəti xülasə edib.

Onun fikrincə, hazırda kütləvi etirazlar üçün müvafiq şərait olmaya bilər, amma bu, dövlətlə xalq arasında yaxınlaşma anlamına gəlmir və həyəcan siqnalı artıq verilib: "İnsanlar bir çox sahədə ciddi narahatlıq keçirirlər. Xərcləri artır, imkanları azalır və övladlarının gələcəyinə qoyduqları sərmayə risk altına düşür".


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran parlamenti iqtisadi əlaqələr və maliyyə nazirini vəzifəsindən kənarlaşdırıb

    İran parlamenti iqtisadi əlaqələr və maliyyə ...

    27-08-2018, 13:00

  • 
  • Real Madriddə Məsud Özil şoku!

    Real Madriddə Məsud Özil şoku! ...

    9-05-2013, 12:02

  • 
  • Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu evində ölü tapılıb

    Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu ...

    16-12-2017, 23:53

  • 
  • İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

    İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana ...

    4-07-2025, 22:48

  • 
  • ABŞ İranda qarşıdurma planı hazırlayır

    ABŞ İranda qarşıdurma planı hazırlayır ...

    13-12-2018, 10:39


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu