GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Çingizxanın 800 il öncəki qələbəsi Moskvanı qarışdırdı – Müsəlman lideri məhkəməyə verdilər, cərimələdilər – FOTO

Çingizxanın 800 il öncəki qələbəsi Moskvanı qarışdırdı – Müsəlman lideri məhkəməyə verdilər, cərimələdilər – FOTO

Tarix: 6-06-2026, 00:28 Bölmə :Cəmiyyət Baxış: 5

Çingizxanın 800 il öncəki qələbəsi Moskvanı qarışdırdı –Dünya tarixinin ən böyük imperatorlarından biri olan Çingizxanın sərkərdələrinin 1223-cü ildə qazandığı qələbə 800 il sonra Moskvada siyasi hadisəyə çevrilib. İnanılmazdır, amma reallıqdır. Üstəlik Çingizxanın qələbəsinin əks olunduğu tabloya görə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Muhyettinov 150 min rubl məbləğində cərimələnib.

Gundemxeber.com xəbər verir ki, qərarı Moskva şəhər məhkəməsi verib. Damir Muhyettinov “vicdan azadlığı, dini etiqad azadlığı və dini birliklər haqqında qanunvericiliyin pozulması” maddəsi ilə suçlu bilinib. İşin mərkəzində isə ilk baxışda dodaq qaçıran, məhkəmə predmeti olmaqdan çox, muzey və ya tarix dərsliyi mövzusu olan bir sənət əsəri dayanır.

Məsələ burasındadır ki, Damir Muhyettinovun Rusiya Müsəlmanları Ruhani İdarəsindəki kabinetinin divarında tarixi motivlər əsasında çəkilmiş Çingizxanın sərkərdələri Cəbə və Subutayın rəhbərliyi ilə 1223-cü il Kalka döyüşündə birləşmiş rus ordusu üzərində qələbədən sonra monqol ordusunun ziyafəti əks olunan rəsm əsəri asılıb. Damir Muhyettinov 2025-ci ilin fevralında “Tatar-inform” agentliyinə müsahibə verib və o zamanı bu tablo kadrda görünüb. Bundan sonra məsələ ictimai və siyasi rezonans qazanıb. Rusiya ictimai məkanında xüsusilə həssas olan tarixi monqol-tatar dövrü, rus knyazlıqları və orta əsrlər savaşları yenidən gündəmə gəlib. Rəsmi çevrələr və ictimai şərhçilər tablonun “tarixi qruplar arasında düşmənçilik hissi yarada biləcəyi” iddiasını irəli sürüblər.

Moskva Dövlət Linqvistik Universitetinin ekspertizasının rəyinə əsasən, əsər etnik və ya dini mənsubiyyətə görə qruplar haqqında neqativ münasibət formalaşdıra biləcək hesab edilib. Rəsm əsərində təsvir olunan səhnə 800 il öncə, 1223-cü ildə Kalka döyüşündən sonra monqol sərkərdələrinin ziyafətini əks etdirir. Tarixşünaslıqda mübahisəli, lakin geniş qəbul edilmiş hərbi epizodlardan biridir. Moskva hüquq-mühafizə orqanları bu təsviri estetik və ya tarixi deyil, ictimai təsir yaradan mesaj kimi qiymətləndirir. Bu isə Rusiyada son illərdə daha tez-tez müşahidə olunan tarixi simvolların və mədəni obrazların hüquqi çərçivəyə salınması tendensiyanın davamı kimi qəbul olunur. Hadisə Rusiyada etnik və dini münasibətlərin həssas balansı fonunda baş verir. Xüsusilə Tatarıstan və digər müsəlman bölgələri ilə mərkəzi hakimiyyət arasında mədəni yaddaş və tarixi interpretasiya məsələləri vaxtaşırı gərginlik yaradır. Bəzi müşahidəçilər isə hesab edir ki, belə qərarlar mədəni və dini qurumların ictimai kommunikasiya sərhədlərini daha da daralda bilər. Beləliklə, 800 ildən artıq əvvəl baş vermiş bir döyüş səhnəsinin təsvir olunduğu rəsm əsəri XXI əsrin Rusiyasında məhkəmə mübahisəsinə çevrilib.

Maraqlıdır ki, söhbət nə siyasi çağırışdan, nə dini təbliğatdan, nə də müasir qarşıdurmadan gedir. Məhkəmənin diqqət mərkəzində sadəcə tarixi hadisəni əks etdirən bir tablo dayanır.

Bu isə Rusiyada tarixə münasibətin getdikcə daha həssas və bəzən paradoksal xarakter aldığını göstərir. Çingizxanın sərkərdələrinin 1223-cü ildə qazandığı qələbənin 2026-cı ildə məhkəmə qərarına səbəb olması, tarixi hadisələrin bu gün də siyasi və ideoloji mübarizənin predmetinə çevrildiyini nümayiş etdirir. Aydın olmayan budur ki, Moskva tarixi öyrənməyə çalışır, yoxsa tarixlə mübarizə aparır./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şeyxülislam Allahşükür Paşazadə Moskvada səfərdədir

    Şeyxülislam Allahşükür Paşazadə Moskvada ...

    24-09-2019, 10:16

  • 
  • Şeyxin 65 yaşı tamam olur

    Şeyxin 65 yaşı tamam olur ...

    26-08-2014, 00:49

  • 
  • Rusiyada kafedə namaz qılan Azərbaycan vətəndaşı cərimə olundu

    Rusiyada kafedə namaz qılan Azərbaycan vətəndaşı ...

    27-06-2017, 13:06

  • 
  • Salmanın oğlu Putini hədələyir: “Üç günə məhv edərik”

    Salmanın oğlu Putini hədələyir: “Üç günə məhv ...

    27-06-2017, 13:01

  • 
  • "Dini etiqad azadlığı haqqında" qanunda dəyişiklik edildi

    "Dini etiqad azadlığı haqqında" qanunda ...

    22-06-2017, 14:46


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu