Gundemxeber.az » Ölkə » Cəmiyyət » "GÜNƏŞƏ HƏSRƏT RUHLAR"
Lətafət Həsən qızı Həsənova 1976-cı ildə Xocalıda anadan olub. 1992-ci il fevralın 27-də, cəmi 16 yaşında soyuqdan donaraq həyatını itirib.
Atası Həsən kişi sürücü idi. Lətafət isə hələ gələcək arzularını tam müəyyənləşdirməmiş, ömrünün ən gözəl çağını yaşayan bir yeniyetmə idi. Lakin Xocalı faciəsi onun bütün arzularını yarımçıq qoydu. O, yaşamalı olduğu illəri deyil, müharibənin ən amansız həqiqətlərini gördü və həmin faciədən xilas ola bilmədi.
Həmin gecə Lətafət atası Həsən, anası Göyçək, bacıları Sənəm, Xədicə, Təzəgül, bacısı Sənəmin azyaşlı qızları Vüsalə və Xəyalə, qardaşı Şakirin kiçik oğlu Ruslanla birlikdə ölümdən qurtulmaq üçün meşəyə üz tutmuşdu. Lakin onları meşədə qışın amansız şaxtası gözləyirdi.
Qaçış zamanı anası Göyçək xanımın ürəyi dayandı. Fevralın 27-də Lətafət soyuqdan donaraq vəfat etdi. Ertəsi gün isə atası Həsən kişinin ürəyi partladı. Sənəm son gücünü toplayaraq valideynlərinin və bacısının gözlərini yumdu, üzlərini qibləyə çevirdi. Xədicə ayaqları donmasına baxmayaraq bacısının övladını kürəyinə alıb yoluna davam etdi.
Beş gündən sonra ailənin sağ qalan üzvləri Ağdama çata bildilər. Xədicənin ayaqlarında qanqrena başladığından hər iki ayağı amputasiya olundu. Vüsalə isə ayağının üç barmağını itirdi.
Soyuqdan donaraq həyatını itirən Lətafətin cəsədini Dəhrəz kəndi yaxınlığından götürmək mümkün olmadı. Valideynləri Həsən kişi ilə Göyçək xanımın cəsədləri də meşədə qaldı.
Hər il yay gələndə sağ qalan övladları Xocalıya baxaraq: "Əzizlərimizin donmuş bədənləri açılar, yəqin..." – deyə göz yaşları tökürlər.
Bu təsirli hekayəyə elə buna görə "Günəşə həsrət ruhlar" adı verilib.
Mətn "Onlar heç vaxt böyüməyəcəklər" kitabından götürülüb.
Gundemxeber.com
20-11-2015, 17:08
22-09-2014, 15:18
23-09-2013, 12:30
17-11-2016, 00:49
27-02-2017, 11:35
Sorğu
Yeni dizaynımız necədir?