Gundemxeber.az » Ölkə » Hadisə » Balakəndə avtomobil dirəyə çırpıldı
Balakəndə minik avtomobili dirəyə çırpılıb.
Gundemxeber.org xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakənin Katex kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yol kənarında quraşdırılmış radar dirəyinə çırpılıb.
Qəzadan sonra sürücü və onun avtomobildə olan həyat yoldaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Gundemxeber.org
10-08-2026, 12:37
19-10-2018, 16:34
11-06-2018, 10:35
19-07-2018, 12:24
23-08-2026, 08:31
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?