Gundemxeber.az » Ölkə » Hadisə » Salyanda ağır qəza - Beş nəfər xəsarət aldı
Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.
Gundemxeber.org "Report"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zəncirvari qəza zamanı "Infiniti", "Mazda" və VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri - Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Gundemxeber.org
18-02-2018, 11:38
9-02-2015, 10:19
12-08-2016, 01:05
6-05-2019, 10:57
30-07-2017, 16:18
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?