Gundemxeber.az » Ölkə » Hadisə » 19 yaşlı Xədicənin ölüm təfərrüatı: Qumbara evə necə gətirilib?
Xırdalan şəhərinin Mehdi Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayışla bağlı bəzi detallar məlum olub.
Gundemxeber.org Baku TV-yə istinadla bildirir ki, hadisə 19 yaşlı Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində baş verib.
Xəsarət alan gənc qız xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:
"Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda vəfat etmişdi", - deyə o söyləyib.
29-11-2017, 13:55
26-01-2021, 14:04
27-03-2021, 09:12
28-12-2018, 15:55
3-10-2014, 12:26
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?