Gundemxeber.az » Ölkə » Hadisə » Qobustanda mikroavtobus aşdı - Sürücünün həyat yoldaşı yaralandı, qardaşı arvadı isə öldü
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gundemxebertv.com xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri ölüb, biri isə xəsarət alıb.
Ölən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.
Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.
12-08-2016, 01:05
27-03-2017, 21:40
24-06-2013, 17:03
27-07-2017, 01:58
10-12-2015, 20:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?