Gundemxeber.az » Ölkə » Kirminal » Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Paytaxtın Sabunçu və Xəzər rayonlarında, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gundemxeber.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gundemxeber.org
19-03-2026, 23:44
29-01-2026, 21:16
12-12-2018, 11:36
13-10-2018, 16:03
31-10-2018, 12:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?