Gundemxeber.az » Ölkə » Kirminal » Daxili İşlər Nazirliyi zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
Daxili İşlər Nazirliyi Bakı şəhərində yerləşən müvafiq qurumlarında vakant olan inspektor-tərcüməçi vəzifələrinə müsabiqə elan edir.
Müsabiqədə dövlət ali təhsil müəssisələrini bitirən, yaşı 20-dən 30-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla), xarici dil biliklərinə, yazılı və şifahi tərcümə, hüquqi sənədlərlə, terminologiya və lüğətlərlə işləmək bacarıqlarına malik, Bakı şəhərində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Namizədlərin sağlamlıq vəziyyəti və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq.
Müsabiqədə tərcüməçi kimi iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Namizədlər 2026-cı ilin avqust ayının 20-dən oktyabr ayının 20-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında — www.mia.gov.az ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını bki@mia.gov.az elektron poçt ünvanına göndərməlidirlər.
Ətraflı məlumat DİN-in rəsmi internet saytında yerləşdirilib:
https://mia.gov.az/az/vacancies/20/azerbaycan-respublikasi-daxili-isler-nazirliyi-orta-reis-heyeti-vezifelerine-xidmete-qebulla-elaqedar-musabiqe-elan-edir/
Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 590-80-66; (012) 590-98-37;
(012) 590-93-64; (012) 590-97-52;
(012) 590-94-12; (012) 590-83-69; (012) 590-80-63.
Gundemxeber.org
23-10-2024, 13:38
2-03-2020, 14:08
25-11-2014, 20:26
6-02-2021, 16:45
19-07-2019, 11:38
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?