Gundemxeber.az » Ölkə » Kirminal » Rusiya onu Azərbaycana təhvil verdi
Beynəlxalq axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana təhvil verilib.
Gundemxebertv.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
"Azərbaycanın hüquq-mühafizə orqanlarından alınan məlumata görə, axtarışda olan şəxs dələduzluq etməkdə, yəni etibardan sui-istifadə etməklə özgə əmlakını mənimsəməkdə şübhəli bilinirdi. Axtarışın təşəbbüskarı şübhəlinin həbs edilməsi və sonradan ekstradisiya olunması məqsədilə Azərbaycan tərəfi çıxış edib”, - deyə Amur vilayəti üzrə DİN-in məlumatda deyilir.
Azərbaycan vətəndaşı olduğu bildirilən şübhəli şəxs Svobodnı rayonunda həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılıb.
Saxlanılan şəxs ekstradisiya qaydasında Azərbaycana gətirilərək aidiyyəti dövlət qurumlarına təhvil verilib.
11-05-2021, 14:45
11-08-2026, 10:35
3-09-2026, 10:28
2-09-2026, 12:05
8-08-2026, 11:37
Sorğu
Yeni dizaynımız necədir?