GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət

"Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət

Tarix: Bu gün, 12:36 Bölmə :Kirminal Baxış: 0


Ucar rayonunda 67 yaşlı kişi məktəbli qıza qarşı iyrənc hərəkətlər etməkdə ittiham edilib.

Gundemxebertv.com Demokrat.az-a istinadən xəbər verir ki, 1958-ci il təvəllüdlü Seyran 2025-ci ilin oktyabr ayının əvvəllərində, saat 13:15 radələrində 2017-ci il təvəllüdlü Saranı (adlar şərtidir – red.) təhsil aldığı Ucar rayonunun kəndində yerləşən orta məktəbin qarşısında evə aparmaq məqsədilə idarə etdiyi "Opel Astra" markalı avtomobilin arxa oturacağına əyləşdirib və evin yaxınlığına apararaq yolda avtomobili dayandırıb.

Daha sonra o, azyaşlı qızın qolundan tutaraq zor tətbiq edib, hər iki sifətindən öpərək seksual xarakterli zorakılıq hərəkətləri edib.

Bundan başqa, 67 yaşlı kişi idarə etdiyi avtomobildən azyaşlı qıza qarşı iyrənc niyyətini daha iki dəfə təkrarlayıb və ona qarşı seksual xarakterli hərəkətlər edib.

Seyranın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Seyran ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində bildirib ki, arvadı Gülər və oğlu Elçin ilə birlikdə Ucar rayonunun kəndində yaşayıb. Onun sözlərinə görə, özünə məxsus "Opel Astra" markalı avtomobili olub və həmin avtomobillə taksi fəaliyyəti göstərib, həm Ucar şəhərinə sərnişin aparıb, həm də gətirib.

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan əlavə, məktəb vaxtlarında bəzi kənd sakinlərinin uşaqlarını yaşadıqları evdən götürüb məktəbə aparıb, dərs başa çatdıqdan sonra isə həmin uşaqları geri qaytararaq yaşadıqları evin qarşısında düşürüb:

"Məktəbə aparıb-gətirdiyim uşaqların valideynləri hər bir uşağa görə ayda mənə 20 manat veriblər. Həmkəndlim Vəfadarın uşaqlarını uşaqlıq yaşlarından tanımışam. Onunla qohumluq əlaqəm, ədavət və ya düşmənçiliyim olmayıb. Əvvəlki illərdə Vəfadarın uşaqlarını məktəbə aparıb-gətirməmişəm. Onun uşaqları məktəbə başqa avtomobillə gedib-gəliblər".

Təqsirləndirilən deyib ki, 2025-ci ilin sentyabr ayının əvvəllərində Vəfadar onun yanına gəlib və uşaqlarını məktəbə aparan şəxsin artıq aparmaq istəmədiyini, hər ay ona 40 manat pul verəcəyini, idarə etdiyi avtomobillə oğlu Teymuru və qızı Saranı da məktəbə aparıb-gətirməsini deyib:

"Mən Vəfadarla razılaşdım və dərs vaxtlarında saat 08:50 radələrində idarə etdiyim avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedərək gözləmişəm. Onun 4-cü sinifdə təhsil alan oğlu Tofiq və 3-cü sinifdə təhsil alan qızı Sara gələrək avtomobilə əyləşib, sonra onları təhsil aldıqları məktəbin qarşısında düşürərək evə getmişəm. Eyni gündə saat 12:50 radələrində qayıdaraq məktəbin qarşısından uşaqları götürmüşəm və yaşadıqları evin qarşısında düşürmüşəm. Sonra öz şəxsi işlərimlə məşğul olmuşam".

Seyranın sözlərinə görə, 2025-ci ilin oktyabr ayının əvvəllərində, səhər saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın oğlu və qızını yaşadıqları evin qarşısından götürüb və məktəbin qarşısına gətirərək düşürüb:

"Həmin gün saat 12:50 radələrində isə onları götürmək üçün məktəbin qarşısına getdim. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilimə əyləşdi. Avtomobilimlə başqa uşaqları da məktəbə aparıb-gətirdiyimə görə həmin vaxt Sara ilə birlikdə maşınıma hansı uşaqların əyləşdiyini xatırlamamışam. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdüm. Sonra Saranı da düşürməyim üçün Vəfadarın yaşadığı evin qarşısına gəldim. Sara avtomobildən düşmək istəyərkən arxaya çevrildim və arxa oturacağa tərəf uzanmış Saranın qolundan tutaraq özümə tərəf çəkdim, hər iki sifətindən öpdüm. Sara nəyə görə belə hərəkət etdiyimi, yəni hansı səbəbdən onu öpdüyümü başa düşmədi və özünü itirmiş halda avtomobildən düşərək getdi".

Seyran qeyd edib ki, sonrakı günlərdə yenə də idarə etdiyi avtomobillə Sara ilə qardaşı Teymuru məktəbə aparıb-gətirib:

"Vəfadarın mənə heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı valideynlərinə heç bir söz deməyib. 2025-ci ilin oktyabr ayının ortalarında yenə də səhər saat 08:50 radələrində idarə etdiyim avtomobillə Səftərin hər iki uşağını yaşadıqları evin qarşısından götürərək məktəbə aparmışam, günorta yenə də onları məktəbdən götürmək üçün ora getmişəm. Bir qədər keçdikdən sonra Sara adlarını xatırlamadığım başqa uşaqlarla birlikdə gələrək avtomobilə əyləşdi. Saradan qardaşı Teymurun harada olduğunu soruşdum. O, qardaşının dərsdə olduğunu bildirdi. Mən idarə etdiyim avtomobillə digər uşaqları yaşadıqları evin qarşısında düşürdükdən sonra Vəfadarın yaşadığı evin qarşısına gələrək maşını saxladım. Sonra arxaya çevrildim və arxa oturacağa tərəf uzanaraq Saranın qolundan tutdum, hər iki sifətindən öpdüm. Sara heç bir söz demədi və avtomobildən düşərək getdi. Sonrakı günlərdə Vəfadarın yenə də heç bir söz deməməsindən başa düşdüm ki, Sara onu öpməyimlə bağlı evdə valideynlərinə heç bir söz deyib".

Təqsirləndirilən şəxs deyib ki, həmişə olduğu kimi növbəti gün, saat 08:50 radələrində idarə etdiyi avtomobillə Vəfadarın yaşadığı evin qarşısına gedib və Sara ilə qardaşı Teymur avtomobilə əyləşdikdən sonra onları məktəbin qarşısında düşürüb:

"Eyni qaydada həmin gün saat 12:50 radələrində idarə etdiyim avtomobillə məktəbin qarşısına gedərək uşaqların dərsdən çıxmalarını gözlədim. Bir qədər keçdikdən sonra Sara, Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqlar tez gələrək avtomobilə əyləşdi. Teymur isə bir qədər gec gəldiyinə görə avtomobilə əyləşə bilmədi. Mən Teymur və digər uşaqlara gözləmələrini, avtomobildə olanları düşürdükdən sonra qayıdaraq onları götürəcəyimi dedim. Sonra isə idarə etdiyim avtomobillə Esmira, Raul və adlarını xatırlamadığım digər uşaqları apararaq yaşadıqları evin qarşısında düşürdüm.

Sonra qərara gəldim ki, avtomobilimi sakit bir yerdə saxlayaraq yenidən Saranı öpüm. Sara narahat olmasın deyə ona qayıdaraq məktəbin qarşısına getməyi, qardaşı Teymuru da götürdükdən sonra onları birlikdə evə aparacağımı dedim. Sara avtomobildən düşməmiş və təxminən saat 13:20 radələrində yaşadığı evlərin olduğu yerdən təxminən 500-600 metr uzaqlaşdım, Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində avtomobili saxladım. Yerə düşərək sağ arxa qapını açdım və arxa oturacaqda Saranın yanında oturdum. Arxa oturacaqda oturduqdan sonra əvvəlcə Saranı özümə tərəf çəkərək qucaqladım, sifətindən öpdüm. Sonra isə ona digər intim hərəkətlər etdim. Bir neçə dəqiqə keçdikdən sonra səs eşitdim və başımı qaldıranda iki nəfər şəxsin avtomobilə tərəf yaxınlaşdıqlarını, onlardan birinin əlində tutduğu mobil telefonla videoçəkiliş apardığını gördüm. Onlardan biri avtomobilin sağ arxa qapısını açdıqda yerə düşdüm. Onlar nə etdiyimi, uşağın kim olduğunu soruşdular. Mən də yalandan onlara avtomobildə nasazlıq olduğunu, Saranın nəvəm olduğunu bildirdim".

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seyran 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi

    Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi ...

    12-10-2015, 19:27

  • 
  • İYRƏNC HADİSƏ: 35 yaşlı kişi azyaşlı qızı binanın arxasına aparıb...

    İYRƏNC HADİSƏ: 35 yaşlı kişi azyaşlı qızı binanın ...

    23-08-2019, 15:14

  • 
  • Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual xarakterli hərəkət edən manyak saxlanıldı

    Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual ...

    15-09-2018, 11:40

  • 
  • 63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ZORLADI - Azərbaycanda ŞOK

    63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ...

    25-05-2019, 16:28

  • 
  • Şirvanda dəhşət: 3 uşaq atası 9 yaşlı qızı zorladı

    Şirvanda dəhşət: 3 uşaq atası 9 yaşlı qızı zorladı ...

    17-10-2015, 22:41


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (285)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu