GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Hüseyn Abdullayevə 8 il həbs istənilir

Hüseyn Abdullayevə 8 il həbs istənilir

Tarix: 20-09-2019, 11:56 Bölmə :Kirminal Baxış: 365
Hüseyn Abdullayevə 8 il həbs istənilir


Sentyabrın 19-da prokuror Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevə 8 il həbs istəyib.

Bakı Hərbi Məhkəməsində Hüseyn Abdullayevin cinayət işi üzrə proses davam etdirilib.

Müxalif mövqeyi ilə tanınan Abdullayevə qarşı qanunsuz sahibkarlıq, dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülür.

İş üzrə onun anası Zeynəb Abdullayeva da keçir. O, başqa yerə getməmək barədə iltizam altındadır. İşə Hərbi Məhkəmədə baxılır, çünki 7 müttəhimin arasında hərbçi-sərhədçilər də var.

Cinayət işi "qanunsuz sahibkarlıq", "dələduzluq", "hədə yolu ilə pul tələb etmək", "vergi ödəməkdən yayınmaq", "sərhəddi qanunsuz keçmək" və başqa maddələrlə açılıb.

Bu gün prokuror həmçinin iş üzrə adı keçən digər üç nəfərin 6 ildən 8 ilədək azadlıqdan məhrum edilməsini, Hüseyn Abdullayevin anasının isə 5 min manat cərimələnməsini istəyib.

Abdullayev prokurorun çıxışına emosional şəkildə reaksiya verərək ittihamların saxtalaşdırdııdığını bildirib. Bu zaman sədrlik edən hakim Abdullayevin məhkəmə zalından çıxarılmasını tələb edib. Abdullayevin anasının halı pisləşib və məhkəməyə təcili yardım həkimləri çağırılıb. Onların müdaxiləsindən sonra qadının durumu normallaşıb.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları ilə əlaqədar biznesdə aparıcı mövqe tutub. Onun nəzarətində olan bir qrup gənc müxalifətin etiraz mitinqlərinin dağıdılmasında iştirak edib.

2005-ci ildə Abdullayev parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlament iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında fiziki qarşıdurma olub.

Bundan sonra Abdullayevi cəzalandırıblar. Öncə onu həbs ediblər, sonra xuliqanlığa görə 2 il azadlıqdan məhrum ediblər.

2013-cü ildə o Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb.

Almaniyada yaşayan Abdullayev kütləvi etirazlara çağıran bir sıra mahnı yazıb və sosial şəbəkələrdə paylaşıb.

Almaniyada yaşayan Hüseyn Abdullayev Əliyev hökumətini sərt tənqid edirdi.
2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb, Azərbaycana ekstradisiya edilib.

Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə ), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaqla) maddələri ilə ittiham olunub.

Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğluna qarşı mərhəmət və humanizm göstərməyi xahiş edib. O, özünün yaşlı, oğlunun səhhətində isə ciddi problemlərin olmasının nəzərə alınmasını xahiş edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən imtina etdi

    Hüseyn Abdullayev məhkəmədə ifadə verməkdən ...

    13-04-2019, 09:55

  • 
  • Prokuror "Quska"ya cəza istədi

    Prokuror "Quska"ya cəza istədi ...

    19-09-2019, 13:41

  • 
  • Hüseyn Abdullayevin və anasının işi HƏRBİ MƏHKƏMƏDƏ

    Hüseyn Abdullayevin və anasının işi HƏRBİ ...

    29-03-2019, 11:55

  • 
  • Hüseyn Abdullayev hakimiyyətin sirlərini açacaq

    Hüseyn Abdullayev hakimiyyətin sirlərini açacaq ...

    8-07-2013, 13:45

  • 
  • Əvəz Zeynallı Hüseyn Abdullayevin cinayət işi üzrə dindirilib

    Əvəz Zeynallı Hüseyn Abdullayevin cinayət işi ...

    23-05-2018, 16:10


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu