Ötən gün 39 yaşlı kişi ov silahı ilə ehtiyatsız davranaraq xəsarət alıb.
GUNDEMXEBER.AZ-ın “Qafqazinfo”ya istinadla əldə etdiyi məlumata görə, hadisə Şamaxının Nağaraxana kəndində qeydə alınıb. Belə ki, hadisə 1985-ci il təvəllüdlü Səyahət Əsgərovun evdə silahdan ehtiyatsız davranması zamanı baş verib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, S.Əsgərov rayonun Dəmirçi kəndinin icra nümayəndəsidir.
Sorğu
Yeni dizaynımız necədir?