Gundemxeber.az » Ölkə » Mədəniyyət » Azərbaycan muzeylərini hansı yeniliklər gözləyir?
Azərbaycan muzeylərində virtual (VR) və artırılmış reallıq (AR), 360 dərəcəlik turlar, eləcə də süni intellekt texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Bu barədə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Fuad Maqsudov məlumat verilib.
Bildirib ki, yaxın illərdə müasir rəqəmsal həllərin muzey, qalereya və sərgilərdə mədəni irsin təqdimatı imkanlarının genişləndirilməsi və ziyarətçilər üçün yeni təcrübənin yaradılması məqsədilə istifadəsi planlaşdırılır. Bunun üçün beynəlxalq təcrübə öyrənilir, müvafiq texnologiyaların tətbiqi mexanizmləri hazırlanır və zəruri texniki infrastruktur formalaşdırılır.
“Eyni zamanda, muzey fondlarının rəqəmsallaşdırılması davam etdirilir. “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində eksponatların rəqəmsallaşdırılması, onlar haqqında məlumatların sistemləşdirilməsi və vahid informasiya resursunda birləşdirilməsi istiqamətində iş aparılır. Muzey, qalereya və sərgilərdəki eksponatların QR kodlarla təchiz edilməsi də nəzərdə tutulur.
Vahid Mədəniyyət Reyestrinə daxil edilən “Milli mədəniyyət əmlakının Dövlət Siyahısı” çərçivəsində Azərbaycan Dövlət Rəsm Qalereyasının 12 498, Milli İncəsənət Muzeyinin isə 17 053 eksponatı artıq rəqəmsal formata keçirilib.
Növbəti mərhələdə muzeylərin rəqəmsal məlumat bazalarının genişləndirilməsi, informasiya resurslarının inteqrasiyası və məlumatlara əsaslanan idarəetmə modelinin tətbiqi planlaşdırılır. Həmçinin analitik alətlərdən istifadə və Vahid Mədəniyyət Reyestrinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur”, - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə yaradılan və bərpa olunan muzeylərin də ayrıca istiqamət təşkil etdiyini bildirən Fuad Maqsudovun sözlərinə görə, burada da QR kodlardan və eksponatlar haqqında məlumatların Vahid Mədəniyyət Reyestrinə inteqrasiyasından tutmuş, virtual reallıq və 360 dərəcəlik virtual turlara qədər müasir rəqəmsal həllərin tətbiqi planlaşdırılır: “Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin sənədləşdirilməsi üçün artıq rəqəmsal texnologiyalardan istifadə olunur. Xüsusilə GIS, LiDAR, pilotsuz uçuş aparatları, fotogrammetriya və 3D modelləşdirmə texnologiyalarından tətbiq edilir. Bu texnologiyalar mədəni irs obyektlərinin dəqiq rəqəmsal modellərinin yaradılmasına, onların monitorinqinin və sənədləşdirilməsinin aparılmasına, həmçinin əldə olunan məlumatlardan bərpa işlərinin planlaşdırılması zamanı istifadəyə imkan verir”.
Beləliklə, Azərbaycanda muzey sahəsinin rəqəmsal transformasiyası yalnız eksponatlar haqqında məlumatların elektron formata keçirilməsini deyil, həm də mədəni irsin ziyarətçilərə yeni formada təqdim edilməsinə və rəqəmsal şəkildə qorunmasına imkan verəcək texnologiyaların tətbiqini nəzərdə tutur.
Gundemxeber.org
Dünən, 12:08
3-12-2018, 20:49
13-07-2013, 08:53
25-02-2026, 10:43
31-03-2022, 21:27
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?