Gundemxeber.az » Ölkə » Mədəniyyət » “Bildiyim kimi həyatımı yaşayıram" - Dilarə Əliyeva
Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, prodüser Oqtay Əliyevin vəfatından sonra həyatındakı dəyişikliklərdən danışıb.
Gundemxebertv.com xəbər verir ki, aktrisa “Hərşeyşünas” "YouTube" layihəsinin aparıcısı Aynur Xəlilovanın suallarını cavablandırıb.
“Bildiyim kimi həyatımı yaşayıram, uğurlarımı əldə edirəm. Bacarırlar, sevinirlər. Sevinməyənlərin, etdiklərimin başına ip çevirənlərin fikri mənə maraqlı deyil. Mənim kimi taleyi yaşayan qadınlar belə söhbətlərin altında əzilirlər. Qətiyyən bu hissləri özümə yaxın buraxmıram. Bəlkə də, ilk və son dəfə açıqlayıram. Oqtay Əliyev dünyada olanda beş aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. Layihələr, filmlər Oqtayın prodüserliyi ilə ərsəyə gəldi. O vaxt "YouTube", "İnstaqram", "TikTok" yox idi. İndikindən də çox çalışırdım. İndi isə gördüyün işi min səhifə paylaşır. Camaatın qarşısına çıxırsan və elə düşünürlər ki, daha çox parlayırsan. Gözəlləşməyə gəlincə, 2015-ci ildə arıqlamışdım, gözəl fotosessiya etmişdim. Sadəcə, instaqrama iki ildir gəlmişəm. Paylaşımlar edirəm”.
Qeyd edək ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
27-10-2015, 22:28
4-03-2016, 12:21
5-07-2018, 13:19
4-12-2015, 18:12
5-01-2016, 13:11
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?