GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » İki Cabir İmanov, ogünkü Azadlıq meydanı və İsa Qəmbərin oğlu - Xatirə Sadiq yazır

İki Cabir İmanov, ogünkü Azadlıq meydanı və İsa Qəmbərin oğlu - Xatirə Sadiq yazır

Tarix: 8-10-2025, 21:37 Bölmə :Mədəniyyət Baxış: 132

Ötən həftənin ən sarsıdıcı xəbəri, çox güman ki, Azərbaycanın Əməkdar artisti, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun (ŞHK), “Planet Parni iz Baku” teatrının parlaq, əvəzolunmaz aktyoru Cabir İmanovun qəfil ölümü oldu. 


Vaxtsız, vədəsiz gələn və ildırım sürəti ilə yayılan ölüm xəbəri cəmiyyətin üzərinə elə ağırlıqla çökdü ki, hətta gedişhaqqının qaldırılması xəbəri belə arxa plana keçdi. Həyatın istehzasına baxın, 49 illik ömrünün 16-cı ilindən başlayaraq ŞHK-nın Moskvadakı səhnəsinə çıxaraq müstəqil Azərbaycan dövlətini peşəkarlıqla təmsil edən Cabir İmanov ölümü ilə ayrı-ayrı üzvlərini özünəməxsus tərzdə tənqid etdiyi, satira atəşinə tutduğu hökumətimizin dadına yetişdi…

Amma bu gözlənilməz hadisə cəmiyyəti iki yerə parçaladı. Bir tərəf onun ölümünü mədəniyyətimiz üçün böyük itki hesab etdisə, digər tərəf onu cəllad adlandırdı. Hətta kimlərsə daha irəli gedərək Cabir İmanovun şəxsiyyətin ikiləşməsindən əziyyət çəkdiyini iddia etdi.

Bir tərəf onu istedadlı olduğu qədər də sadə, mədəni, mehriban, ailəcanlı, yardımsevər şəxs kimi səciyyələndirsə də, digər tərəf onu qəddarlıq baxımından hətta Roma imperatoru əxlaqsız, qatil Neronla müqayisə etdi. Halbuki, bu müqayisə olduqca yersizdir.

Bir tərəf onun ŞHK və “Planet Parni iz Baku” teatrının səhnəciklərində oynadığı parçaları, musiqi müəllifi kimi bəstələdiyi mahnıları, qatıldığı verilişləri, digər tərəf isə 2003-cü il hadisələri zamanı Azadlıq meydanında onun polis əməkdaşı olsa da, mülki geyimdə saxlanılan şəxsə təpik atdığını əks etdirən görüntüləri paylaşdı.

Bir tərəf Cabir İmanov üçün acı göz yaşı tökərkən, Rəbbimizdən rəhmət dilərkən, haqqını halal edərkən, digər tərəf 2003-cü ildə siyasi məhbuslara işgəncə verdiyi üçün “ona rəhmət düşmür” söylədi. 

Hətta bəzi jurnalistlər (onlara inanmamağa haqqımız yoxdur – red.) xatırlatdılar ki, məlum hadisələrdən sonra Cabir İmanov məhkəmədə ifadə verərkən məhbuslar “bizə ən çox Cabir işgəncə verib” deyə aktyoru günahlandırıblar. Lakin həmin jurnalistlərin “Cabir məhkəmədən qaçdı” versiyası inandırıcı səslənmədi. Elə müxalifətin tanınmış simalarından olan vəkil Osman Kazımovun sosial şəbəkədə paylaşdığı status bunun belə olmadığını göstərdi. “Cabir yalan ifadə verib getdi. Həbsdə olan dostlarımız yalnız onun işgəncə verdiyini təsdiq etdilər. Hətta sual da vermədilər”. 

Bundan başqa, vəkilin sözlərinə görə, Cabir onunla dəhlizdə özəl söhbət zamanı “işgəncədə iştirak etmisənmi?” sualına pörtərək “hə” deyib. Bu məqam isə Cabirin bəzi zalım və qırmızıcasına yalan danışan polislər kimi vicdanını itirmədiyini sübut edir. Elə Osman Kazımov da istisna etmir ki, Cabir sonralar bu hərəkətindən peşman olub və bu arqumentini aktyorun sonradan yaratdığı obrazlar, səhnədən səsləndirdiyi tənqidlərlə izah edib.  

Rəhbəri olduğu Real TV-nin hakimiyyətin tənqidçilərinə qarşı “daha sərt” davranacağını 2019-cu ildən bəri vəd edən Mirşahin Ağayev bu duruma dözə bilmədi. Azadlıq meydanında polisə qeyri-qanuni yollarla müqavimət göstərən müxalifət nümayəndələrini “qaragüruh” adlandıraraq həmin vəziyyətdə Cabir İmanovun doğru hərəkət etdiyini bildirdi və ona haqq qazandırdı. 

Əslində isə həm Cabir İmanovun dizi üstə çökdürülmüş insanı təpikləməsi, həm də müxalifət nümayəndələrinin (bəlkə də təxribatçıların – red.) polis avtomobillərinin üzərinə çıxıb, batut kimi hoppanmaları, içərisində sərnişinlərin əyləşdiyi avtobusların şüşələrini daşlarla sındırmaları, insanları maşınlardan, avtobuslardan zorla endirərək mitinqə qoşulmalarını tələb etmələri, polis həmkarlarından ayrı düşmüş asayiş keşikçisini vəhşicəsinə döymələri heç kimə başucalığı gətirə bilməzdi. Bir sözlə, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, pis davranış, işgəncə elementləri insanlığa tamamilə ziddir.

Mirşahinin fransız polislərinin dinc nümayişçilərlə barbarcasına davranışını göstərib “budur işgəncə” deməsi də heç kimə haqq qazandıra bilməz. Böyüyə, kiçiyə, qadına hörmətin əks olunduğu milli-mənəvi dəyərlərimiz bunu tələb edir. Atalarımızın “yıxılana balta vurmazlar” sözü məhz bunu tələb edir. 

Üzərindən 22 il keçdikdən sonra bir məqam da düşündürücüdür. Deməli, Azadlıq meydanında öz polisimiz tərəfindən dağıdılan həmin insanlar əzab çəkərkən, onların liderinin evində gizlənməsini bir kənara qoyuruq. Məhz onların paytaxt küçələrində xaos yaratmaqla seçilməsinə etiraz etdikləri siyasi lider – Azərbaycan Prezidenti İlham Əliyev - düz 17 il sonra Azərbaycan torpaqlarının erməni-rus işğalından azad edilməsinə başçılıq edən Müzəffər Sərkərdə oldu. 

Ən dəhşətlisi isə odur ki, Azərbaycan övladları 2020–2023-cü illərdə dövlət himnimizdə deyildiyi kimi, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərkən, qan tökərkən 2003-cü il hadisələrində evində oturmağa üstünlük vermiş İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşır, “Ermənistan Krallığı – Roma ilə Parfiya arasında – Qədim tarix” adlı sənədli film də çəkirdi. 

Bu, müasir Azərbaycan dövlətinin müstəqilliyi uğrunda siyasi mübarizə aparmış bir atanın və onun arxasınca gedərək küçələrdə polis tərəfindən döyülən, təhqir olunan, məhbəslərə düşən, işgəncəyə məruz qaldıqlarını iddia edən müxalifət nümayəndələrinin əsl faciəsidir. Təsəvvür edirsinizmi, İsa Qənbər hakimiyyətə gəlsəydi, onun oğlu ermənilərin naminə hansı hoqqalardan çıxardı?! Belə naxələf övlad Qarabağın Ermənistana məxsus olduğunu da dilə gətirərdi…         

Cabir İmanov isə son 200 ildən çox müddətdə heç kimin bacarmadığı bir işi – Qarabağın erməni-rus işğalından azad etmiş, müasir müstəqil Azərbaycan dövlətinin suverenliyini, ərazi bütövlüyünü bərqərar etmiş, vətənimizin  şərəfini qorumuş, onun adını əlahəzrət tarixin səhifəsinə qızıl hərflərlə yazdırmış Lideri müdafiə etdiyi üçün indi haqlı hesab oluna bilər. 

Onu da qeyd edək ki, Tahir və Cabir İmanov qardaşları indiyədək verdikləri bütün müsahibələrində babaları, tanınmış bəstəkar Süleyman Ələsgərovun kasıb ailədə böyüdüyündən, uşaqlıqdan zəhmətkeş, mülayim, xeyirxah, mərhəmətli və ailəcanlı insan olduğundan qürurla danışırlar. Övladlarına, nəvələrinə “özünüzü elə aparın ki, ailəmizə, millətimizə söz gəlməsin” nəsihətini tez-tez yada salırlar. Yəqin ki, babası nəvəsinin polis əməkdaşı kimi kimisə incitməsinə heç bir vaxt razı olmazdı…

Amma kim nə deyirsə-desin, Tahir və Cabir İmanov qardaşları çox istedadlıdırlar. Onlar ŞHK-nın milli qanadını təmsil edirdilər. Belə yaradıcı şəxslərin qədrini sağlığında bilmək çox mühümdür. Çünki ssenari müəllifi, rejissor, aktyor olmaq hər insanın işi deyil. 

Üstəlik, iki qardaşın vətənpərvər olduqları da heç bir zaman şübhə doğurmayıb. Hər kəs susanda Tahir İmanov Rusiyanın TNT telekanalında yayımlanan ermənilərə məxsus “Comedy woman” şousunun artistlərinin Bakıya dəvət olunmasına sərt etirazını bildirib və ictimai rəyin köməyi ilə bu yolverilməz hadisənin qarşısını alıb. Həmin hadisə baş verəndə Qarabağ işğal altında idi. 

“Dünyanın dağılmasına 3 saat qalsaydı, nə edərdiniz” sualına Cabir İmanovun “nankor qonşularımıza bomba atardım” deməsi də onun Qarabağın işğal altında olmasına etiraz forması idi.   

Babası bəstəkar, anası musiqi müəllimi olsa da, ilkin musiqi təhsili olmayan Cabir İmanov son illərdə mahnılar bəstələməklə daha da irəli getmişdi. 

Qorxunc koronavirus pandemiyası dövründə isə onun daha bir qabiliyyəti üzə çıxmışdı. Sən demə, dostlarının sevə-sevə Caba dedikləri aktyor öz evində yaratdığı emalatxanasında həm də çilçıraqlar, güzgülər və başqa akssessuarlar düzəltməklə və onları yaratdığı şirkəti vasitəsilə satdırmaqla məşğul imiş.

Həmin çətin günlərdə Cabir İmanov xalqımızın hər bir fərdini özünü və valideynlərini qorumağa, küçəyə çıxmamağa, özünə məşğuliyyət tapmağa çağırmışdı. “Valideynlərimizi itirməyək” deyən Cabirin ağlına gəlməzdi ki, bir neçə ildən sonra yaşlı valideynləri övlad dağı görəcəklər, Tahir İmanov isə qardaşdan yetim qalacaq. Çox təəssüf!

Hüquq-mühafizə orqanlarında çalışmasını Cabir “uşaqlıqdan silahdan xoşum gəlirdi və zəifləri müdafiə etmək istəyirdim” səbəbi ilə izah edirdi. Onun hansı “zəifi” müdafiə etdiyini, yəqin ki, hamıdan çox dogma qardaşı Tahir İmanov bilər. Elə dünən Tahir İmanov cəmiyyətə müraciət edərək, tezliklə qardaşı ilə bağlı hədyanlar danışan bəzi jurnalistlərin və xaricdə yaşayan blogerlərin cavabını verəcəyini elan etdi.   Bəlkə də, Dövlət Təhlükəsizlik Xidməti nəzdindəki Mədəniyyət Mərkəzinə rəhbərlik etdikdən, müxtəlif mahnılar yazandan sonra Cabir İmanov polis əməkdaşı kimi kiməsə əl qaldırmaqdan peşman olubmuş. Onun qardaşı ilə birlikdə dinə gəlməsi də bəlkə, bu mənəvi rahatlığı tapması üçün imiş. Amma onun vətənpərvərliyinə heç bir şübhəmiz yox idi. 2003-cü il hadisələrindən söz düşəndə hər zaman bir qadın tanışımı xatırlayıram. Azadlıq meydanında olaylar yaşanarkən həmin tanışım heç nədən xəbəri olmadan mərkəzi küçədə nəqliyyatın içində imiş. Birdən hansısa cılız gəncin qan-tər içində həmin avtobusa doğru qaçdığını, uzaqdan isə onu bir dəstə polisin təqib etdiyini görür. Onunla bərabər avtobusdan olan digər qadınlarla birlikdə tanışım oğlana avtobusa oturmasını və əynindən gödəkçəsini, başından papağını çıxarıb gizlətməsini məsləhət görür. Polislər avtobusa çatanda iki-üç qadının bir sakit gənclə yanaşı əyləşdiyini görürlər, onu qaçan şəxsə oxşatmırlar və əllərini avtobusa çırparaq çıxıb gedirlər. Beləliklə, bir qrup qadın zəif bir gəncin həyatının qaralmasına yol vermir. Bu, Hollivud filmi deyil… Həmin tanışım mənim üçün mənəviyyat təcəssümüdür. Ömrün qısa olduğu heç kimə sirr deyil. Əvvəl-axır hər birimiz bu dünyanı tərk edəcəyik. Odur ki, elə yaşayaq ki, sağlığımızda rəhmətimizi qazanaq və bir-birimizə həm yaxşılıq edək, həm də mehriban olaq. Bu gün ölümündən 8 gün keçən Cabir İmanova isə Allah rəhmət eləsin! Tahir İmanovun bir müsahibədə dediyi kimi, Allah bilərəkdən və ya bilməyərəkdən etdiyi bütün günahlara görə Cabiri bağışlasın! 


 Xatirə SADİQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əməkdar artist Cabir İmanov vəfat edib - ƏLAVƏ OLUNUB

    Əməkdar artist Cabir İmanov vəfat edib - ƏLAVƏ ...

    29-09-2025, 19:56

  • 
  • Cabir İmanovun dostu: "Bu gün 15:30-da görüşümüz var idi"

    Cabir İmanovun dostu: "Bu gün 15:30-da ...

    29-09-2025, 23:25

  • 
  • Əməkdar artistin dəfn yeri açıqlandı

    Əməkdar artistin dəfn yeri açıqlandı ...

    29-09-2025, 23:31

  • 
  • Mədət Quliyev Cabir İmanova vəzifə verdi

    Mədət Quliyev Cabir İmanova vəzifə verdi ...

    5-11-2018, 17:01

  • 
  • “Planet Parni iz Baku”ya hansı TV-lər niyə qadağa qoyub?

    “Planet Parni iz Baku”ya hansı TV-lər niyə qadağa ...

    4-03-2019, 21:29


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu