Gundemxeber.az » Ölkə » Səhifə 1823
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 36 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
“Amerika Xəstəxanası”nda Oqtay Gülalıyevin yenidən keçirilən neyrocərrahi əməliyyatı başa çatıb, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.
“Bakının Bakıxanov qəsəbəsində “Badi-Kübə” restoranı ilə üzbəüz olan “Qafqaz” adlı restoranda erməni mahnıları səsləndirilir”.
Prezident İlham Əliyev Şahin Məmmədovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Noyabrın 19-da AXCP Xətai rayon Şöbəsinin fəalı Müsahib Abbasov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Ünvansız söyüş söymə, ardınca da polisin qanuni əmrinə tabe olmamaq) 30 sutka müddətinə inzibati qaydada həbs olunub.
Noyabrın 19-da Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq təşkilatlar qarşısındakı öhdəlikləri Respublikaçı Alternativ Partiyasının (ReAL) lideri İlqar Məmmədovun ABŞ Konqresinin Helsinki Komissiyasının baş siyasi müşaviri Everett Praysla görüşündə müzakirə olunub.
Gundemxeber.Az bildirir ki, Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, türk fəal Siyamək Seyfi sakin olduğu məhəllədə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 11 nömrəli polis qərargahına aparılıb.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?