Gundemxeber.az » Ölkə » Səhifə 1900
İranda ötən sutka ərzində daha iki pasiyent koronavirusdan ölüb. Bununla da ölənlərin sayı rəsmi məlumata görə, 14-ə çatıb. Hərçənd real rəqəmin qat-qat çox olduğu bildirilir. Ən çox yoluxma və ölüm halları Qum şəhərində baş verir.
Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.
Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi nəticəsində şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb. BakuPost-un məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.
Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib və bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət təqdim edilib.
Xüsusi əməliyyat vasitəsi ilə kişi saxlanılıb. Məlum olub ki, saxlanılan şəxs həkimdir. Dindirilmə zamanı o zarafat etdiyini deyib. Məhkəmə qərar çıxarıb və saxlanılan şəxs həbs edilib.
"Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran rayon Mərkəzi Xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?