Gundemxeber.az » Ölkə » Səhifə 2244
Şəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb. yenicag.az xəbər verir ki, Həşimova müraciətində bunları deyib:
Azərbaycan - Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının Protokolunun müddəalarına əsasən, Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının İnspeksiya və Qiymətləndirmə Baş İdarəsinin rəisi briqada generalı Faruk Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətiməlumat yayıb.
Radikal dini ekstremist qrupun üzvü Nəcəfov Nizami Adil oğlunun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən birgə təxirəsalınmaz tədbirlər keçirilib.
“Zəlzələ nəticəsində köhnə tikintilərdə çatlar əmələ gəlib, indiyədək təqribən 40-a yaxın evdə belə çatlar müəyyən edilib. Zəlzələnin mərkəzi Lerikdə (Bakıdan 329 kilometr cənub) olduğu üçün yerlərdən məlumatlar daxil olmaqdadır, bunun sayının artacağı da istisna deyil”. Bu barədə Lerik Raon İcra Hakimiyyətinin şöbə müdiri Habil Məlikov bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov bu gün kollektivə təqdim edilib.
Bakının Xətai rayonunda Şəhər İcra Hakimiyyətinin “saxtalaşdırılmış sərəncamı” əsasında obyekt tikən sahibkara qarşı cinayət işi qaldırılıb.
Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində ayrı-ayrı vaxtlarda iki qadına hücum edərək zərərçəkənlərin çantalarını soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən paytaxt sakini Amil Paşayev saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?