Gundemxeber.az » Siyasət » Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunu təsdiqləyib.
Gundemxeber.org xəbər verir ki, bununla bağlı dövlət başçısı Fərman imzalayıb.
"2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin", - Fərmanda deyilir.
Qeyd edək ki, memorandum Bakıda 2026-cı il iyulun 22-də imzalanıb.
Gundemxeber.org
20-05-2016, 23:05
Bu gün, 16:29
5-10-2018, 11:25
30-09-2025, 19:28
17-07-2021, 20:02
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?