GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Elçin Əmirbəyov Brüsseldə bir sıra vəzifəli şəxslərlə görüşdü

Elçin Əmirbəyov Brüsseldə bir sıra vəzifəli şəxslərlə görüşdü

Tarix: 23-10-2026, 10:00 Bölmə :Siyasət Baxış: 9


Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Peter De Rover, Senatının prezidenti Vinsent Blondel, Baş nazirin Ofisinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə aparat rəhbəri Paskal Heyman, Belçika Kralının Ofis rəhbərinin müavini və diplomatik müşaviri Peter Kleys, eləcə də Xarici İşlər Nazirliyinin siyasi, təhlükəsizlik və müdafiə məsələləri üzrə baş direktoru Veronik Petit ilə görüşlər keçirib.

Gundemxebertv.com xəbər verir ki, görüşlər zamanı Azərbaycan-Belçika münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Siyasi dialoqun gücləndirilməsinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb. Həmçinin bərpa olunan enerji, informasiya texnologiyaları, yaşıl keçid, nəqliyyat, logistika və süni intellekt sahələrində tərəflərin imkanları və müqayisəli üstünlükləri nəzərə alınmaqla yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına töhfə verə biləcəyi qeyd olunub.

E.Əmirbəyov görüşlər zamanı tərəfdaşlarını Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, Cənubi Qafqazda dayanıqlı və dönməz sülhün təmin edilməsi üçün zəruri şərtlər, Azərbaycanın gözləntiləri və bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasət barədə məlumatlandırıb. O, həmçinin Avropa tərəfdaşlarının postmünaqişə dövründə sülh quruculuğu prosesinə göstərə biləcəyi siyasi dəstəyin əhəmiyyətini vurğulayıb.

E.Əmirbəyov Azərbaycanın dünyada mina və partlamamış sursatlarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu qeyd edərək, azad edilmiş ərazilərdə mina təhlükəsinin insan həyatı üçün ciddi risk yaratdığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına, eləcə də bərpa və yenidənqurma işlərinə ciddi maneə törətdiyini vurğulayıb. Problemin humanitar miqyası nəzərə alınaraq, minatəmizləmə sahəsində beynəlxalq həmrəyliyin və tərəfdaş ölkələrin dəstəyinin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər hökumətlərarası siyasi dialoqla yanaşı, parlamentlərarası əməkdaşlığın da qarşılıqlı etimad və anlaşmanın möhkəmləndirilməsinə mühüm töhfə verə biləcəyini vurğulayıblar. Bu baxımdan, Azərbaycan və Belçika parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, o cümlədən parlament üzvlərinin qarşılıqlı səfərlərinin və müntəzəm görüşlərinin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Belçika parlamentinin rəhbərliyi ilə görüşlərdə parlamentlərarası dialoqun gücləndirilməsinin qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və regionda mövcud reallıqları, eləcə də sülhün möhkəmləndirilməsi səylərini nəzərə almayan qərəzli və qeyri-konstruktiv təşəbbüslərin qarşısının alınmasına töhfə verə biləcəyi diqqətə çatdırılıb. Konstruktiv və davamlı parlamentlərarası təmasların həm Azərbaycan-Belçika münasibətlərinin möhkəmləndirilməsi, həm də həssas xarakterini qoruyan Azərbaycan-Ermənistan normallaşma prosesinə xələl gətirə biləcək təşəbbüslərin qarşısının alınması baxımından əhəmiyyəti vurğulanıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan-Malayziya ikitərəfli münasibətləri müzakirə olundu

    Azərbaycan-Malayziya ikitərəfli münasibətləri ...

    27-08-2026, 19:55

  • 
  • Prezident İlham Əliyevlə Belçika kralının görüşü

    Prezident İlham Əliyevlə Belçika kralının görüşü ...

    6-02-2017, 23:21

  • 
  • XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ilə bağlı AÇIQLAMA

    XİN-dən Belçika parlamentinin Qarabağ qətnaməsi ...

    19-12-2020, 13:32

  • 
  • Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib

    Azərbaycanın yeni səfiri etimadnaməsinin surətini ...

    21-08-2026, 07:48

  • 
  • Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər

    Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq ...

    11-08-2026, 19:04


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (836)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu