GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Tarix: Bu gün, 19:21 Bölmə :Siyasət / Cəmiyyət Baxış: 0


Noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.

Gundemxebertv.com xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmisiniz.

Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir. Buna görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Düz altı il bundan əvvəl Şuşa şəhəri erməni işğalından azad edilmişdir və ondan bir gün sonra Ermənistan rəsmən təslim olmuşdur. Beləliklə, 30 illik işğal sona çatdı.

Şuşa şəhəri 28 il əsarət altında idi, ancaq öz milli ruhunu itirmədi. Şuşanın azad edilməsi həm böyük rəmzi məna daşıyırdı, həm də İkinci Qarabağ müharibəsinin önəmli hissələrindən biri idi.

Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır.

Azərbaycan Ordusu 44 gün ərzində 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.

İşğal dövründə, təbii ki, müxtəlif vaxtlarda müəyyən ümidlər də var idi - bu məsələ, bu münaqişə sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi.

Bu gün vəziyyət tam başqadır. Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Bildiyiniz kimi, artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, amma hələ son imza atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, bu barədə Türkiyə və Azərbaycan ictimaiyyəti yaxşı bilir.

44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır. Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir.

Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın.

Bu gün Türkiyə dövləti əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib, dünya miqyasında böyük gücdür. Nəinki bölgədə gedən proseslərdə, eyni zamanda, dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, bizi gücləndirir. Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir.

Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada, Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.

Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır".

Əziz qardaşım, gəldiyiniz üçün Sizə bir daha təşəkkür edirəm. Sağ olun.

x x x

Sonra Türkiyə Prezidenti bəyanatla çıxış etdi.

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatı

- Hörmətli cənab Prezident, Əziz qardaşım.

Hörmətli heyət üzvləri.

Hörmətli media nümayəndələri.

Sizləri şəxsən öz adımdan, ölkəm və millətim adından ən səmimi hisslərlə və məhəbbətlə salamlayıram.

Qarabağ Zəfərinin altıncı ildönümündə sizlərlə birlikdə olmaqdan məmnunam. Bu əlamətdar ildönümünü şairin "Dilimizdə işlənən ən əziz bir söz kimi, Canımızı isidən ocaq kimi, köz kimi, Ən qoxulu güllərlə çiçək açan Şuşamız", - deyə tərif etdiyi tarix, təbiət və mədəniyyət şəhəri gözəl Şuşada olmaqdan xüsusi məmnunluq duyuram.

Çıxışımın əvvəlində Qarabağın azadlığı uğrunda canlarını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla anıram. Qazilərimizə təşəkkürümüzü bildirir, Allahdan onlara cansağlığı, rifah və uzun ömürlər diləyirəm.

Altı il əvvəl İlham qardaşımın qətiyyətli liderliyi ilə bir olan Azərbaycan xalqı böyük qəhrəmanlıqla Qarabağı işğaldan azad etmişdir. Bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir.

Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. "Bir millət, iki dövlət" şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir.

2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır.

Biz bu missiyanı, eyni zamanda, Türk Dünyasında da hakim mövqeyə gətirmək üçün var gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən bariz nəticəsidir. Fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birlik və möhkəmliyi üçün göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz dövründə təşkilatın daha güclü, daha institusional quruma çevrilməsi üçün səy göstərəcəyik.

Hörmətli media nümayəndələri, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövrə qapı açıb. Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan Zəfəri dayanıqlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsini sahibləndiyimiz kimi, bölgəmizdə dayanıqlı sülhün bərqərar olması yönündə səmimi səylərini də dəstəkləyirik. Qarabağın yenidən bərpası və bölgənin əvvəlki gözəlliyinə qovuşması üçün Azərbaycanın ortaya qoyduğu fəaliyyəti böyük təqdirlə izləyirik.

Qarabağda yenidən yanan hər ocaq, yüksələn hər bina və bərpa olunan tarixi miras Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və bərpa fəaliyyətlərinə töhfə verməyə davam edəcəyik. Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur. Bundan başqa, Ağdamda sahəsi 14 min 500 kvadratmetr olan qırx otaqlı məktəbimizin inşasına da başlandı. İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik.

Əziz qardaşlarım, çıxışımı yekunlaşdırarkən xüsusilə bu gün buraya gələrkən ayrı-ayrı yeddi tuneldən keçdik. Bu yeddi tunel bölgədə infrastrukturun inşasının nə qədər uğurlu olduğunu ortaya qoyur. Şuşaya gələrkən haradan-haraya gəldiyimizi görməyin xoşbəxtliyi içərisindəyik. İnanıram ki, növbəti gəlişimizdə Şuşa daha çox fərqli olacaq, Füzuli başqa cür fərqli olacaq. Çünki bu işə inanan, can yandıran bir lider var, bir komanda var. Bu lider, bu komanda eyni inancla və eyni qətiyyətlə yoluna davam edir.

Mən Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edirəm. Qəhrəman qazilərimizə təşəkkürlərimi bildirir, azərbaycanlı qardaşlarımı bu şanlı Zəfər münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm. Türkiyə və türk milləti olaraq hər zaman yanınızda olmaqda, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməkdə, inşallah, davam edəcəyik. Təşəkkür edirəm.

Çıxışımın sonunda mərhum şair Bəxtiyar Vahabzadənin məşhur ifadələrini dilə gətirmək istəyirəm:

Birdir bizim hər halımız,

Diləyimiz, amalımız,

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Rəbbim ay-ulduzlu al Bayrağımızla şanlı Azərbaycan Bayrağının göylərdə yan-yana əbədi dalğalanmasını nəsib etsin. 9 Noyabr – Dövlət Bayrağı Gününüzü ən səmimi hisslərimlə təbrik edir, buradan qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram.

İlham qardaşıma səmimi ev sahibliyi üçün bir daha təşəkkür edirəm.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "44 gün ərzində qardaş türk xalqı yanımızda idi" - İlham Əliyev

    "44 gün ərzində qardaş türk xalqı yanımızda ...

    Bu gün, 16:08

  • 
  • Prezident İlham Əliyev və baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və baş nazir Viktor Orban ...

    6-03-2016, 16:37

  • 
  • Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

    Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata ...

    1-12-2017, 14:40

  • 
  • İlham Əliyev Ərdoğanı təbrik etdi

    İlham Əliyev Ərdoğanı təbrik etdi ...

    29-10-2019, 11:54

  • 
  • Prezident İlham Əliyev: "Bu, Türkiyənin dövlətçiliyinə və xalqına qarşı törədilən dəhşətli cinayətdir"

    Prezident İlham Əliyev: "Bu, Türkiyənin ...

    17-07-2016, 01:25


Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

Noyabr 2026 (362)
Oktyabr 2026 (1018)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu