Gundemxeber.az » Siyasət » Türkiyə Prezidenti Ağdamda tikilən məktəblə bağlı tarix açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda inşa edilən məktəbin gələn il Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə açılacağını bildirib.
Gundemxebertv.com xəbər verir ki, Ərdoğan noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında Qarabağda aparılan bərpa və quruculuq işlərindən danışıb.
O qeyd edib ki, Ağdamda Türkiyə tərəfindən sahəsi 14 min 500 kvadratmetr olan, 40 otaqlı məktəbin inşasına başlanılıb.
“İnşallah, gələn il İlham qardaşımla birlikdə açılışını edəcəyik”, – Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan, həmçinin Cəbrayılda “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi” və “Ağıllı Tingçilik” Müəssisəsinin yaradıldığını xatırladıb.
Türkiyə Prezidenti Qarabağda yenidənqurma işlərinə dəstək verməyə davam edəcəklərini bildirib.
14-06-2021, 15:47
24-12-2015, 15:02
13-09-2016, 13:35
10-02-2020, 12:30
17-02-2021, 22:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?