GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Erməni kartı" ilə yeni "geopolitik qumar" cəhdi iflasa uğrayır: Ermənilərin tərksilah prosesi başlayır

"Erməni kartı" ilə yeni "geopolitik qumar" cəhdi iflasa uğrayır: Ermənilərin tərksilah prosesi başlayır

Tarix: 19-12-2020, 16:46 Bölmə :Siyasət Baxış: 360
"Erməni kartı" ilə yeni "geopolitik qumar" cəhdi iflasa uğrayır: Ermənilərin tərksilah prosesi başlayır


Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz, dərhal reaksiya verər, sərt müdaxilə edər...

Müşahidələrə əsasən, ehtimal etmək olar ki, Rusiya da hansısa pozucu ssenarilərin işə salınması ilə bağlı cəhdlərin ola biləcəyindən artıq duyuq düşüb, məlumatlıdır, narahatdır və ona görə də, əlavə məsləhətləşmələrə ehtiyac duyulub...
Ermənilərin yenə də "geopolitik qumarbazlar"ın "oyun kartı"na çevrilmək niyyətləri onlara çox baha başa gələ bilər, bunu nə Azərbaycan, nə də Rusiya bağışlamaz...
Ermənistanda hər gün mitinq olur. Küçələrə çıxırlar, bağırışırlar, dağılışırlar. Hədəf və nəticə nədir, o da doğru-düzgün anlaşılmır.

Deyəsən, vərdişə düşüblər. Sanki mitinqsiz yaşaya bilmirlər. Bəlkə də darıxırlar. Çünki elə bir depressiv duruma düşüblər ki, zamanı aşmaq üçün başqa məşğuliyyət tapa bilmirlər.

Sadəcə, bəhanə axtarırlar. Bir gün baş nazirlərinin istefası, o birisi gün itkin düşən hərbçilərinin tapılması, növbəti gün də ağıllarına gələn ilk tələblə küçələri ölçürlər.

Son mitinqlərini də savaşda məhv edilmiş erməni hərbçiləri yad etmək məqsədilə təşkil ediblər. Sonrakı mitinqin hansı məqsədlə olacağını yəqin heç özləri də bilmirlər, ilk ağıllarına gələn bəhanəyə qane olacaqlar. Çünki səbəbləri onsuz da bir xeyli çoxdur. Bütün ilboyu hər gün mitinq keçirsələr, yenə də səbəbləri bitib-tükənməz.

Bəli, ermənilərdə bu "ağıl" olduqdan sonra onlar hələ çox mitinq, yürüş keçirməli olacaqlar. Çünki, savaş bitib, amma bunlar hələ də yeni müharibə şüarları bağırırlar. Halbuki, savaşacaq orduları və silahları da yoxdur.

Deyəsən, kimlərsə, bunları dinc oturmağa qoymur. Boş vədlər ilə aldadıb, yenə qabağa verməyə çalışırlar. Bunların əliylə regionda "suları bulandırıb, balıq tutmaq" istəyirlər. Zərbəsi isə heç şübhəsiz ki, yeni də ermənilərə dəyəcək...

Son günlər bəzi xarici media qaynaqları ermənilərin "partizan müharibəsi"nə hazırlaşdıqları barədə məlumatlar yaymağa başlayıblar. Elə özləri də sosial şəbəkələrdə bu barədə yazıb, "od püskürürlər", intiqam alacaqları ilə hədələyirlər.

Ancaq anlamadıqları bir şey var ki, "partizan müharibəsi" işğal edən deyil, işğala məruz qalan ölkənin əhalisinə uyğun savaş modelidir. Bu savaş modelində işğal altındakı ərazilərdə qalmış yerli sakinlər ilə meşələrə çəkilmiş silahlı dəstələr arasındakı koordinasiyalı yardımlaşma (ərzaqla təchizat, lazımlı məlumatların vaxtında ötürülməsi və s.) əsas həlledici faktor sayılır.

Ermənistanın ərazisi işğal olunmayıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilər isə ermənilərin vətəni deyil. Və işğaldan qurtarılan bölgədə ermənilər yaşamır. Deməli, həmin bölgədə "partizan müharibəsi" üçün heç bir şərait və dəstəkləyici resurslar yoxdur.

Beləliklə, ermənilərin "partizan müharibəsi" barədə hay-küylü intiqam təhdidləri onların ənənəvi və qondarma miflər uydurmaq vərdişlərinin növbəti təzahüründən başqa bir şey deyil. Yəni, "od olsalar, yalnız düşdükləri yeri yandıra bilərlər"...

Bəzi erməni mənbələri "partizan müharibəsi"ndən dəm vurarkən, əsasən savaşdan qaçıb, meşələrdə gizlənmiş silahlı fərrariləri ünvan göstərirlər. Ancaq unudurlar ki, həmin silahlı erməni fərrarilər artıq qeyri-qanuni silahlı dəstələr durumundadırlar.

Əgər, könüllü təslim olmasalar və hər hansı silahlı təxribatlar törətməyə cəhd etsələr, terrorçu durumuna düşəcəklər. Və Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatları ilə ya məhv olunacaqlar, ya da tərksilah ediləcəklər.

Bu proses artıq başlayıb. Belə ki, bir neçə gün əvvəl Azərbaycanın xüsusi təyinatlı qüvvələri antiterror əməliyyatı keçirdi və xeyli sayda erməni terrorçusunu tərksilah etdi. Təxribat-diversiya cəhdlərinin qarşısını qətiyyətlə aldı. Yəni, ermənilərin "meymunluq etmək" cəhdləri boşunadır, bundan sonra alınmaz. Azərbaycan dövləti imkan verməz, erməni terrorçulara göz açdırmaz.

Onu da qeyd edək ki, bəzi xarici media mənbələri Ermənistanda hansısa adını hələlik çəkmədikləri qurumun işğaldan azad olunmuş bölgədəki meşələrdə gizlənmiş silahlı erməni fərrarilərlə əlaqələr qura bildiyini iddia edirlər. Əslində, bu, qətiyyən istisna deyil. Elə biz də ötən yazılarımızın birində belə bir variantın ola biləcəyini ehtimal etmişdik. Çünki silahlı erməni fərrarilərin gözlənilmədən Hadrut və Xocavənddə aktivləşməsi Azərbaycan ordusunu onlara qarşı antiterror əməliyyatlarına sövq etmişdi. Çox qısa zamanda da tərksilah olundular.

Ancaq yeni iddialara görə, meşələrdə gizlənmiş silahlı erməni terrorçuların İrəvandan mərkəzləşdirilmiş koordinasiyasına nail olunub. Üstəlik, bu koordinasiya mərkəzinin arxasında xarici xüsusi xidmət servisləri dayanır.

Əsas məqsəd isə 10 noyabr bəyannaməsinin icrasını təhlükə altına salmaq, situasiyanı gərginləşdirmək və "geopolitik kartların yenidən paylanması"na nail olmaqdır. Yəni, anlaşılan odur ki, kimlərsə, bu regionda yenidən "geopolitik qumar" oynamaq həvəsinə düşüb.

Təbii ki, "geopolitik qumarbazlar"dan danışarkən ilk ağıla gələn dövlət Fransa olur. Çünki bu dövlət dünyada öz ermənipərəstliyi ilə seçilir. Hətta 30 illik münaqişə bitdikdən sonra belə, öz bəd niyyətlərindən əl çəkmir. Fransa parlamentində erməni separatçıları ilə bağlı min hoqqadan çıxırlar, Xankəndinə qayıdan ermənilərlə görüşmək üçün deputat qrupu göndərirlər və s. aranı qarışdıra biləcək davranışlarla canfəşanlıq edirlər.

Təbii ki, Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz. Dərhal reaksiya verər, müdaxilə edər.

Eyni zamanda, vəziyyətin gərginləşdirilməsi Rusiyanın maraqlarına da cavab vermir. Belə ki, Rusiya bölgədə sülhməramlı missiyanı öz üzərinə götürüb. Kreml də Rusiyanın sülhməramlı missiyasını təhlükə altına sala biləcək davranışları cavabsız buraxmaz. Kreml üçün Rusiyanın bölgədə üzərinə götürdüyü sülhməramlı missiyanın kənar müdaxiləsiz və problemsiz yerinə yetirilməsi beynəlxalq nüfuzun qorunması baxımından böyük önəm daşıyır.

Onu da qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti rəhbərinin regiona son səfəri də belə düşünməyə əsas verir. Səfərin əsas məqsədi barədə hələlik geniş məlumat verilməsə də, FTX rəhbərinin həm Bakıda, həm də İrəvanda yüksək səviyyədə görüşlər keçirməsi müəyyən ehtimallara yol açır.

Düşünmək olar ki, Azərbaycan dövləti hər hansı ölkənin və ya xarici xüsusi xidmət servisinin işğaldan azad olunmuş bölgədə situasiyanı gərginləşdirmək cəhdlərinə seyrçi qalmaz. Dərhal reaksiya verər, sərt müdaxilə edər.

Müşahidələrə əsasən, ehtimal etmək olar ki, Rusiya da hansısa pozucu ssenarilərin işə salınması ilə bağlı cəhdlərin ola biləcəyindən artıq duyuq düşüb, məlumatlıdır və narahatdır. Ona görə də, əlavə məsləhətləşmələrə ehtiyac duyulub.

Maraqlıdır ki, bu səfərə paralel olaraq, Rusiya mətbuatında yayılan bir önəmli xəbər də müəyyən nəticələrə imkan verir. Belə ki, əlavə detallara ehtiyac duyulmadan verilən məlumata görə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət zonasında yaşayan ermənilərdən əllərində olan bütün növ silahların təhvil verilməsi tələb olunub. Silahların təhvil verilməsi üçün 12 yanvar 2021-ci il tarixi son müddət olaraq, elan edilib.

Əgər, bu məlumat doğrudursa, deməli, Rusiyanın narahat olmasına yol açan hansısa ciddi səbəb və ya operativ kəşfiyyat informasiyası mövcuddur. Və Kreml qətiyyətli addımlar atmaq niyyətindədir.

Ona görə də, hesab etmək olar ki, bütün bunlar ermənilər üçün heç də yaxşı yenilik sayıla bilməz. Ermənilər yenə də "geopolitik qumarbazlar"ın "oyun kartı"na çevrilmək niyyətinə düşüblərsə, bu, onlara çox baha başa gələ bilər. Bunu nə Azərbaycan, nə də Rusiya bağışlamaz.

Bu baxımdan, ermənilər geopolitik proseslərə proqmatik düşüncə ilə yanaşmağı öyrənməlidirlər və daha belə təhlükəli oyunlara girişməməlidirlər. Çünki artıq çox şey əvvəlki kimi deyil, böyük dəyişikliklər baş verib. Və bu dəyişikliklər reallıqdan uzaq erməni mifləri ilə kəskin ziddiyyət təşkil edir./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə başladı

    Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə ...

    2-04-2016, 13:54

  • 
  • Azərbaycana qarşı Qarabağ kartı

    Azərbaycana qarşı Qarabağ kartı ...

    28-05-2013, 16:28

  • 
  • Ermənilərin Cəbrayıl və Füzulidə məhv etdiyi evlər, abidələr, məscidlər

    Ermənilərin Cəbrayıl və Füzulidə məhv etdiyi ...

    7-11-2020, 18:43

  • 
  • ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə qoruyur?

    ABŞ və Avropa Azərbaycan iqtidarını necə və niyə ...

    19-05-2014, 10:44

  • 
  • XİN-dən ermənilərin uşaqlardan əsgər kimi istifadə etməsinə SƏRT REAKSİYA

    XİN-dən ermənilərin uşaqlardan əsgər kimi ...

    27-10-2020, 10:32


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu