GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Dəhliz qərarı verildi, qalır rəmzi "adqoyma mərasimi" - əks halda, Ermənistan üçün "əlvida, Laçın dəhlizi!"

Tarix: 29-11-2021, 12:16 Bölmə :Siyasət Baxış: 302


Soçidəki üçtərəfli görüşdən sonra erməni cəmiyyəti süst düşüb, açıq-aydın bir pərtlik var. Ermənistan təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryanın son danışıqlarla bağlı mövqeyi bu pərtliyin növbəti nümunəsidir. Paşinyanı milli maraqlarını müdafiə etməməkdə suçlayan Şahnazaryan yekun sənəddə Ermənistanın xeyrinə hər hansı məqamın olmadığını belə, iddia edib.

Baş nazir Nikol Paşinyanın son görüşdə ənənəvi “hərbi əsirlər” ifadəsindən imtina etməsi, Soçidə “girovlar” və “saxlanılan şəxslər”dən danışması da erməniləri qəzəbləndirib. Açıq-aydın görürlər ki, Paşinyan Azərbaycan dövlətinin xəbərdarlıqlarından nəticə çıxarıb, erməniləri, erməniçiliyi hövsələdən çıxaran həm də budur. Azərbaycan Prezidenti demişdi: “Hərbi əsirlər yoxdur, terror törətmiş şəxslər var!”

Paşinyan görüşdən öncə öz aləmində kəskin ritorika ilə çıxış etdi, “güc” nümayişinə baş vurmaq istədi. Amma Laçın-Kəlbəcər istiqamətindəki terror-təxribat planlarının cavabını artıqlaması ilə alan Ermənistan rəhbərliyi Soçidən də “ağzı yanmış” halda döndü.

Erməni baş nazir budəfəki görüşdə də ürkək-ürkək Minsk Qrupunu Putinin “yadına salmağa” çalışdı, Azərbaycanı təcavüzdə ittiham etmək cəhdi göstərdi, özünə bir az da yazıq görkəm verdi. Ancaq nəticəyə təsir etmədi bu gedişlər, keçmədi, Moskva bu dəfə inanmadı: həm də “timsahın göz yaşları”na...

Nəticə: imzalanan yekun bəyanatda Dağlıq Qarabağdan bəhs olunmadı, çünki Azərbaycan Prezidentinin dediyi kimi, keçmişdə qalıb, belə inzibati ərazi mövcud deyil!

Nəqliyyat və komunnikasiya xətlərinin açılması zərurətindən, bu istiqamətdə işlərin aparılmasından bəhs olundu, Azərbaycan da bu istiqamətdə əzmlə çalışır. Artıq Zəngəzur dəhlizinin təməli də qoyulub. Düzdür, dəhliz ifadəsi sənəddə əksini tapmayıb, amma Ermənistanın cəhdlərinə baxmayaraq, söhbət təkcə dəmir yolundan getmir, həm də avtomobil magistralı müzakirə mövzusudur. Prezident Putinin də öz çıxışında bir neçə dəfə dəhliz ifadəsindən istifadə etməsi ermənilərə yaman yer eləyib. Üstəlik, Paşinyanın da Naxçıvan və Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək yolların olacağını söyləməsi artıq erməni ictimai rəyində şübhə yeri qoymayıb: dəhliz olacaq! Soçi görüşünün ab-havası da ondan xəbər verir ki, məsələ qapalı görüşdə həllini tapıb, sadəcə “ad qoyma” mərasimi, daha doğrusu, üçtərəfli formatda Zəngəzur koridoru adının rəsmiləşdirilməsi növbəti mərhələdə, məsələn, 4-cü görüşdə də baş verə bilər. Əks halda, “əlvida, Laçın dəhlizi!”

İrəvan onu himayə edənlərin də ürəyinə yol tapmaqdan ötrü ATƏT-in Minsk Qrupunun yenidən bölgəyə gəlməsi üçün çox canfəşanlıq etdi. Soçi bəyanatında isə Minskin “M”sı belə əks olunmadı. Əvəzində...Görüşdən sonra Azərbaycan Prezidenti ilə Belorus Prezidenti arasında Soçi müzakirəsi oldu-ikitərəfli qaydada, yüksək əməkdaşlıq və münasibətlər şəraitində. Ermənini necə od götürməsin: KTMT-dəki “müttəfiqi” “Qarabağ Azərbaycandır”, deyir. Rusiya dövləti də hesab edir ki, Azərbaycan və Ermənistan nəinki onun sülh məramına “şərik” çıxmaq istəyən ABŞ, Fransa, ya Avropa İttifaqının vasitəçiliyi ilə danışmalıdırlar, hətta özləri birbaşa əlaqəyə malik olmalıdırlar. Artıq müdafiə nazirləri arasında birbaşa telefon əlaqəsi var və davamı da gələcək ehtimal ki. Günün birində ikitərəfli görüş sərhəddə də keçirilə bilər. Elə isə uzaq Amerika, ya Avropaya getməyə nə ehtiyac?..

Azərbaycanın Soçidə əldə etdiyi üstünlüklərin davamı da var. Delimitasiya, demarkasiya məsələsində ən çox israr edən hansı tərəf olub? Təbii ki, Azərbaycan! Hətta aylar öncə Qərb dairələri də bu məsələnin sonrakı mərhələyə saxlanılması üçün ölkəmizə təsir etməyə çalışırdılar.

Ancaq Azərbaycan Prezidenti qətiyyətlə bu məsələnin üzərində dayandı, ordumuz sərhədlərimizin hər qarışı uğrunda canı-qanı ilə mücadilə apardı. Azərbaycan lideri Soçiyə hansı məqamda yollandı? Komandanı olduğu ordu Ermənistanı “ovuc içi” kimi nəzarətə götürəndən sonra! İndi artıq “delimitasiya və demarkasiya sonraya qalsın” deyən yoxdur, Paşinyan da istəkli görünür, çünki sərhədlər dəqiləşməyincə, ərazi bütövlüyü tanınmayınca...Azərbaycan əsgəri də qarşısındakını tanımayacaq...Dövlət başçımız Soçidə qətiyyətini nümayiş etdirən zaman Azərbaycanın Qərbi Zəngəzirda (!) Gorus-Qafan yolu üzərində tikdiyi yanacaqdoldurma məntəqəsini foto-videokadrları yayıldı...Erməni revanşistlər donquldanır: “pulemyot hədəfində necə demarkasiya, delimitasiya aparmaq olar”, deyərək. Yəni son bəhanələridir, bilirlər ki, olacaq, çünki Azərbaycan istəyir! İstisna deyil ki, 15 dekabr Brüssel görüşünədək üçtərəfli komissiya toplaşıb bu istiqamətdə də hansısa razılaşmalar əldə edə bilər, Putin də anons etdi.

Azərbaycan döyüşü udmuş ölkədir, özünə inamı var, düşmən ordunun son qalıqlarını da darmadağın etməyə qadir olduğunu 15-16 noyabr döyüşlərində bir daha nümayiş etdirdi. Ancaq hətta ən qızğın döyüşlər zamanı, erməni ordusu dinc insanlarımıza qarşı müharibə cinayətləri törədən zaman Azərbaycan ordusu qırmızı cizgiləri keçmədi, istər döyüş əməliyyatları dövründə, istər sonrakı aylarda bütün humanitar normalara riayət edilməsi istiqamətində addımlar atdı. Savaş başa çatandan sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbçinin Ermənistana qaytarılması, yaralanmış hərbi qulluqçuya azərbaycanlı həkimlər tərəfindən tibbi yardım göstərilməsi, elə Soçi görüşü ərəfəsində biri yaralı olmaqla, iki nəfərin Ermənistana heç bir şərt qoyulmadan qaytarılması kişiyanə münasibət idi. (Ancaq N.Paşinyanın cəsarəti çatmadı bu jesti qiymətləndirsin, qayıdandan sonra linç olunacaq, deyə-E.P.)

Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb, sülh istəyib, amma torpaqlarından da keçməyəcəyini daim bəyan edib. Bu gün ərazi bütövlüyünü təmin etmiş ölkəmiz şübhəsiz ki, nəhayət, düşmənçiliyin aradan qaldırılması istiqamətində addımlar atılmasının, münasibətlərdə yeni səhifənin açılmasının tərəfdarıdır. Düzdür, erməni xislətinə bələdik, amma bu, bizim mövqeyimizdir, ehtihyatı əldən verməmək, tarixi unutmamaq şərtilə dinc yolla qonşuluğumuzu davam etdirmək istəyirik. Dövlət başçılarına sülhü simvolizə edən “zeytun budağı”nı hədiyyə edən Vladimir Putin də Azərbaycan dövlət başçısının dediklərini bir daha ifadə etdi, sülhməramlı mövqe sərgilməsi ilə. Ümumilikdə Soçi görüşü Azərbaycan üçün əhəmiyyətli oldu, həm ordumuzun, həm də diplomatiyamızın qərar tutduğu strateji əhəmiyyətli mövqelərin qorunub-saxlanılması baxımından, həm də qarşımızdakı hədəflərə çatmağımız üçün əlavə imkanlar yaratdı.

Qarşıdakı Brüssel görüşünə heç nə qalmadığını erməni ekspertlər də dilə gətirirlər. Ümid edirlər ki, bəlkə həmin görüş bir neçə erməni hərbçinin də azad olunması ilə nəticələnə bilər. Ermənilər hər görüşdən “əsir” gözləyirlər. Etiraf edirlər: diqtə edən Azərbaycandır. Heç şübhəsiz Soçidə Paşinyan anladı ki, bir daha hərbi əsirlər və ya “status” söhbətini uzatması, görüş boyunca üzünü ona tərəf çevirməyən İlham Əliyevin çox kəskin reaksiyasına səbəb ola və keçilən yolun da üstündən xətt çəkə bilər, ona görə də məsələnin üstündən keçdi. Erməni revanşistləri tərəfindən “top”a tutulan Paşinyan acınacaqlı durumdadır, şübhəsiz, bunu Putin də yaxşı bilidiyi üçün balansı qorumağa çalışır. Amma necə deyərlər hər şeyin əvvəli olduğu kimi, bir sonu da var. Artıq sonun əvvəlləridir Ermənistan üçün...

Bu günlərdə 1988-ci ilin məlum hadisələrindən - Ermənistandan azərbaycanlıların deportasiya edilməsinin ilk dalğazının başlanmasından daha bir il keçir. 25-30 minlik Qarabağ ermənisi üçün nələrsə tələb edənlər unudur ki, o zaman ermənilər dədə-baba yurdundakı qardaşlarımıza dəhşətlər yaşatdılar: qətlə yetirilənlər, ev-eşiyindən didərgin salınanlar, sitəm görənlər...

Şübhəmiz yoxdur ki, “biz Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq” deyən məğrur Ali Baş Komandan günün birində bu hədəfinə də çatacaq. Bəlkə də Soçi görüşlərinin birində. Zatən, ermənilər də etiraf etməyə başlayıblar: “İlham Əliyev dediyini edir”./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan erməni əsirlər və meyitlərlə bağlı Rusiyadan yardım istədi

    Paşinyan erməni əsirlər və meyitlərlə bağlı ...

    4-01-2021, 10:03

  • 
  • Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun oğlu ABŞ-dan sığınacaq istəyib

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş ...

    7-12-2018, 16:45

  • 
  • Karapetyan Paşinyan ilə görüşdən imtina etdi

    Karapetyan Paşinyan ilə görüşdən imtina etdi ...

    27-04-2018, 12:36

  • 
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ bir qədər fərqlidir”

    Paşinyan “Meğri dəhlizi”ndən danışdı – “Məsələ ...

    7-12-2020, 14:17


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu