Gundemxeber.az » Siyasət » Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH


Postsovet məkanında ərazi bütövlüyü pozulan dövlətlərdən biri də Moldovadır. Azərbaycan lideri Ukrayna ilə qonşuluqda yerləşən Moldovanın Prezidenti Maya Sandu ilə telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıb. Bu, Azərbaycanın keçdiyi çətin və uğurlu yola münasibətin göstəricisidir. Münaqişəni həll etmək, Rusiya və Qərb dövlətləri ilə münasibətləri normal saxlamaq rəsmi Bakının yürütdüyü siyasətin nəticəsidir. Moldova və Azərbaycan liderlərinin danışıqları bu baxımdan da qiymətləndirilə bilər. Rusiya-Ukrayna müharibəsində Polşa rəsmi Kiyevi dəstəklədiyi sirr deyil. Bu ölkənin Azərbaycanla da çox sıx münasibət və əlaqələri var. Son hadisələr fonunda Polşa Prezidenti Andjey Dudanın dövlət başçısı ilə telefon danışığı Azərbaycanın nüfuz və beynəlxaq aləmdəki nüfuzunun göstəricisidir. Prezident polşalı həmkarı ilə telefon danışığı zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
Azərbaycanla Avropa İttifaqı arasında da normal münasibətlər var. Düzdür, 44 günlük müharibə zamanı qurumun aparıcı üzvləri öz tərəfsizliklərini qoruya bilmədi. Onlardan biri də Fransa və onun Prezidenti Emmanuel Makron idi. Ancaq son zaman onun Azərbaycana münasibətində müsbət istiqamətdə dəyişikliyin baş verməsi müşahidə olunur. Bunu da rəsmi Bakının beynəlxalq arenada tutduğu obyektiv mövqeyin nəticəsi kimi qiymətləndirmək mümkündür. Prezident fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukraynadakı böhranı və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə edib.26-09-2019, 14:58
29-09-2015, 10:50
11-07-2016, 15:40
14-07-2020, 18:30
13-07-2021, 16:31
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?