Gundemxeber.az » İdman » Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək
Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 9 gün davam edəcək yarışa millimiz 13 idmançı ilə qatılacaq.
Məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Renat Qiyaslı (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram), Səfdər Məmmədzadə (+90 kiloqram), Banuçiçək Nəsirli (48 kiloqram), Gülər Hüseynova (51 kiloqram) və Əminə Tağıya (54 kiloqram) şans verəcək.
Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək.
Gundemxeber.org
18-09-2016, 19:05
20-10-2018, 14:10
7-04-2018, 20:16
14-11-2019, 21:21
8-08-2018, 22:57
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?