Gundemxeber.az » İdman » Gürcüstan 22 illik fasilədən sonra yenidən UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb
Gürcüstanın “İberiya Tbilisi” futbol komandası Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ikinci oyununda Şimali İrlandiyanın "Larne" komandasını 2:1 hesabı ilə məğlub edərək Avropa turnirinin əsas mərhələsi olan Konfrans Liqasında oynamaq hüququ qazanıb.
Gundemxeber.org xəbər verir ki, Tbilisidə keçirilən cavab oyununda "İberiya" 74-cü dəqiqədə hesabı açıb. Qonaqlar iki dəqiqə sonra tarazlığı bərpa ediblər.
Qalibi müəyyən etmək üçün əlavə vaxt təyin edilib. Gürcüstan çempionu 102-ci dəqiqədə daha bir qol vuraraq qalib gəlib.
Bu qələbə ilə "İberiya" UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə və eyni zamanda Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanıb. Gürcüstan komandası sonuncu dəfə UEFA klub yarışının əsas mərhələsində 2004-cü ildə, "Dinamo Tbilisi"nin UEFA Kubokunun qrup mərhələsində mübarizə apardığı zaman oynayıb.
Gundemxeber.org
18-09-2020, 13:32
12-09-2017, 20:36
7-11-2019, 23:42
16-06-2021, 09:46
31-08-2023, 22:24
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?