Gundemxeber.az » İdman » PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi olub
UEFA Superkubokunun qalibi müəyyənləşib.
Gundemxeber.org xəbər verir ki, Fransanın PSJ və İngiltərənin “Aston Villa” komandalarını üz-üzə gətirən görüş Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da təşkil olunub.
Somalidən olan FIFA referisi Ömər Artanın idarə etdiyi qarşılaşma Paris təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Fransa çempionunun heyətində qolları Xviça Kvaratsxeliya və Dezire Due vurublar. İngiltərə klubundan isə Brayan Madjo fərqlənib.
Bununla da parislilər ardıcıl 2-ci dəfə UEFA Superkubokuna sahib çıxıblar.
Qeyd edək ki, ötən mövsüm PSJ Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının qalibi olub.
Gundemxeber.org
11-08-2026, 19:10
16-04-2025, 13:52
11-08-2026, 10:25
16-07-2017, 14:13
9-05-2025, 13:07
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?