Gundemxeber.az » İdman » Azərbaycan boksçusu Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
Azərbaycan boksçusu Banuçiçək Nəsirli Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında yarımfinala yüksəlib.
Boks Federasiyasından bildirilib ki, 48 kiloqram çəkidə mübarizə aparan milli üzvü 1/4 finalda Katarjina Qornisieviçlə (Polşa) qarşılaşıb.
Nəsirli rəqibinə 3:2 (30:27, 28:29, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, yarımfinala vəsiqə qazanmaqla özü üçün azı bürünc medalı təmin edib.
Boksçumuz avqustun 20-də final uğrunda Ellen Coysla (İrlandiya) döyüşəcək.
Qeyd edək ki, bu gün Azərbaycan yığmasının daha 4 idmançısı 1/4 final görüşünə çıxacaq.
Gundemxeber.org
Dünən, 11:44
11-10-2015, 19:27
30-06-2017, 12:54
5-06-2013, 02:19
15-05-2017, 19:00
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?