Gundemxeber.az » İdman » Azərbaycanın 2 hakimi UEFA-nın yay kursunda iştirak edəcək
Yeni mövsümün startı ərəfəsində avqustun 31-dən sentyabrın 2-dək İsveçrənin Cenevrə şəhərində Elit və 1-ci kateqoriyalı futbol hakimləri üçün UEFA-nın ənənəvi yay kursu təşkil olunacaq.
Gundemxeber.org xəbər verir ki, tədbirdə Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Elçin Məsiyev təmsil edəcəklər.
Mövsümə hazırlıq xarakteri daşıyan toplanışda UEFA Hakimlər Komitəsinin yeni təlimatları diqqətə çatdırılacaq və iştirakçıların fiziki hazırlıq səviyyəsi yoxlanılacaq. Tədbirdə bəzi kadr dəyişiklikləri də nəzərdən keçiriləcək. Məlum olduğu kimi, Elit kateqoriyada yer alan tanınmış referilər Entoni Teylor (İngiltərə), Benua Bastyen (Fransa) və Slavko Vinçiç (Sloveniya) hakimlik karyeralarını başa vurublar. Təlimlərdə ilk dəfə yer alan Omar Artan üçün isə bu toplanış UEFA-dakı beynəlxalq karyerasının başlanğıcı ola bilər.
Qeyd edək ki, UEFA hər mövsüm Avropanın aparıcı hakimləri üçün biri yayda, digəri isə qışda olmaqla iki əsas hazırlıq və təkmilləşdirmə kursu təşkil edir.
Gundemxeber.org
3-12-2018, 12:33
23-07-2013, 13:07
7-08-2026, 15:54
15-12-2014, 16:15
21-10-2019, 23:13
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?