Gundemxeber.az » İdman » “Sabah”ın legioneri Azərbaycan futbolunun tarixinə düşüb
“Sabah” klubunun serbiyalı futbolçusu Velko Simiç UEFA Çempionlar Liqasında ardıcıl 5-ci oyunda qol vurub.
Gundemxeber.org xəbər verir ki, o, pley-off mərhələsinin “Hapoel” (Beer-Şeva, İsrail) ilə səfərdəki ilk oyununda (1:2) fərqlənib.
Yarımmüdafiəçi bunadək II təsnifat mərhələsinin “KuPS” (Finlandiya) ilə hər iki matçında (1:0, 2:0), ardınca isə III təsnifat mərhələsinin “Orxus” (Danimarka) ilə görüşlərində (1:2, 4:0) də rəqib qapısına yol tapmışdı.
Simiç bununla da Azərbaycan futbolu tarixinə klublarımızın heyətində Çempionlar Liqasında ardıcıl 5 matçda qol sevinci yaşayan ilk oyunçu kimi düşüb. Bunadək şərikli rekord “Qarabağ”ın hücumçularına məxsus idi. Redon Cica 2023/2024, Juninyo 2024/2025-ci illər mövsümündə ardıcıl 4 qarşılaşmada azarkeşləri sevindirib. Cica I və II təsnifat mərhələlərində 4 oyunda 5, Juninyo II və III təsnifat mərhələlərindəki 4 görüşdə 6 qol vurub.
Qeyd edək ki, Velko Simiç imza atdığı rekord seriyanı növbəti qarşılaşmalarda uzada da bilər.
Gundemxeber.org
12-08-2026, 11:28
11-08-2026, 10:25
26-07-2017, 12:25
22-01-2026, 22:14
8-07-2021, 10:13
Sorğu
Yeni dizaynımız necədir?