Gundemxeber.az » İdman » Canni İnfantino 2027-ci il seçkilərində iştirak edəcək
Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı prezidenti Canni İnfantino 2027-ci ildə keçiriləcək seçkilərdə təşkilatın rəhbəri postuna namizədlərdən biri olacaq.
Gundemxeber.org xəbər verir ki, bu barədə jurnalist Rob Harris özünün "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"FİFA prezidenti aprel ayında 2027-ci ildə yenidən namizədliyini irəli sürəcəyini elan etmişdi. Əlbəttə ki, heç nə dəyişməyib. Cənab İnfantino yenidən seçkilərə qatılacaq", — deyə Harris FİFA nümayəndəsinin sözlərini sitat gətirərək yazıb.
Qeyd edək ki, C. İnfantinonun 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA rəhbəri seçilib. Daha sonra o, iki dəfə alternatizsiz əsasda yenidən bu vəzifəyə seçilib. FİFA rəhbərinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Seçkilərdə iştirak üçün müraciətlərin son təqdimetmə tarixi noyabrın 18-dir.
Gundemxeber.org
28-08-2026, 13:19
20-11-2017, 13:07
3-06-2016, 01:47
2-04-2016, 01:40
6-08-2026, 22:10
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?