Gundemxeber.az » İdman » Kuadradonun yeni klubu açıqlandı
“Çelsi”, “Yuventus” və “İnter”in sabiq futbolçusu Xuan Kuadrado karyerasını vətənində davam etdirəcək.
Gundemxeber.org xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi Kolumbiyanın “Milyonarios” klubuna keçib. Boqota təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər arasında müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.
Kuadrado yeni komandasına azad agent kimi keçib.
Kolumbiyalı futbolçunun son klubu İtaliya “Piza”sı olub. O, ötən mövsüm bu komandanın heyətində 21 oyunda meydana çıxıb və 1 qol vurub.
Avropadakı uzunmüddətli karyerası ərzində Kuadrado “Udineze”, “Leççe”, “Fiorentina”, “Yuventus”, “Çelsi”, “İnter” və “Atalanta”nın da formasını geyinib. O, Kolumbiya millisində 116 matç keçirib və 11 qola imza atıb.
17-08-2026, 11:07
13-12-2012, 13:17
12-08-2024, 11:30
6-09-2014, 12:12
13-08-2026, 12:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?