Gundemxeber.az » İdman » “Sumqayıt” – “Şəfa” matçının keçiriləcəyi stadion müəyyənləşdi
Azərbaycan Premyer Liqasının X turunda keçiriləcək “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da baş tutacaq.
Peşəkar Futbol Liqasından Gundemxebertv.com-a bildirilib ki, mütəxəssislərin rəyinə əsasən, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün daha yaxşı vəziyyətə gətirilməsi və davamlı istismara hazır olması üçün bir müddət gözləmək məqsədəuyğun hesab edilib.
“Sumqayıt”ın bu mövsüm həmin arenada ilk ev oyununun Azərbaycan Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi planlaşdırılır. Oyundan öncə PFL tərəfindən stadiona baxış keçiriləcək.
16-08-2026, 22:19
24-02-2021, 21:35
15-05-2021, 18:18
13-10-2015, 12:38
24-08-2026, 08:07
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?