Gundemxeber.az » İdman » Güləşçimiz dünya çempionatında qələbə qazandı
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının təsəlliverici görüşündə qələbə qazanıb.
Gundemxebertv.com xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Kosovo güləşçisi Eqzon Xoniyə qalib gələrək bürünc medal uğrunda mübarizəni davam etdirir.
Turan Bayramovun növbəti rəqibi Tacikistan təmsilçisi Viktor Rassadin olacaq. Azərbaycan güləşçisi bu qarşılaşmada da qələbə qazanacağı təqdirdə, bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyagi ilə üz-üzə gələcək.
Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatı noyabrın 1-də başa çatacaq.
18-08-2021, 20:18
27-09-2019, 15:01
18-06-2015, 16:50
18-09-2019, 10:18
22-08-2026, 23:10
Sorğu
Yeni dizaynımız necədir?