Gundemxeber.az » İdman » Cüdoçumuz qızıl medal qazandı
Azərbaycan komandası Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Milli Olimpiya Komitəsindən Gundemxebertv.com-a verilən məlumata görə, bu uğura Azərbaycan cüdoçusu İbrahim Talıbov nail olub.
55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.
Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.
Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
3-09-2026, 21:04
27-09-2019, 15:01
24-01-2016, 13:21
31-07-2021, 18:10
13-05-2017, 21:52
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?