Gundemxeber.az » İdman » "Kəpəz"in futbolçusu Moldova yığmasına dəvət aldı
"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.
Klubdan Gundemxebertv.com-a bildirilib ki, o, UEFA Millətlər Liqasının oyunlarında iştirak etmək üçün noyabrın 9-17-də yığmanın düşərgəsində olmalıdır.
Moldova seçməsi noyabrın 13-də doğma publika önündə Qazaxıstanı qəbul edəcək. Bundan 3 gün sonra isə səfərdə Farer adalarına qarşı oyun keçiriləcək.
UEFA Millətlər Liqasının "C" divizionunda mübarizə aparan Moldova milli komandası hazırda 4 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Viktor Stina yığmada keçirdiyi 34 oyunda 4 qol vurub.
21-11-2018, 14:31
20-11-2018, 12:34
26-08-2020, 08:50
18-09-2020, 13:32
17-11-2015, 13:15
Sorğu
Yeni dizaynımız necədir?